Mərkəzi Gömrük Hospitalının həkim-rezidenti “Lupus Nefrit” mövzusunda təqdimat edib (FOTO)
14.06.2022 12:32

Mərkəzi Gömrük Hospitalında təhsil alan rezident-həkimlərin hər biri kuratorlarının dəstəyi ilə təhsil aldığı sahələr üzrə müxtəlif mövzularda davamlı olaraq təqdimatlarla çıxış edirlər. 10 iyun 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalının 4-cü kurs həkim-rezidenti Şəbnəm Qədiməliyeva “Lupus Nefrit” mövzusunda təqdimatla çıxış edib.

 

Aztibb.az xəbər verir ki, tədbirdə Mərkəzi Gömrük Hospitalının rəisinin müavini Rəna Qasımova, Efferent Terapiya şöbəsinin rəisi, nefroloq Mirmənsim Məmmədov, Ege Hospitalının nefroloqu Cəbrayıl Cəbrayılzadə, Azərbaycan Tibb Universitetinin Daxili Xəstəliklər kadefrasının assistenti Barat Yusifov, Milli Onkologiya Mərkəzinin nefroloqu Elvin İsayev, Klinik Tibbi Mərkəzin Nefrologiya və Hemodializ şöbəsinin rəisi Xəyalə Quluzadə, nefroloq Natiq Mənsimov və Azərbaycanda nefrologiya sahəsi üzrə təhsil alan həkim rezidentlər iştirak ediblər.

 

Həkim-rezident Şəbnəm Qədiməliyeva qeyd edib ki, Lupus nefrit xəstəlikləri son zamanlar geniş yayılmışdır. Xəstəliyə yetkinlik yaşına çatmış və 40 yaşına qədər olan qadınlarda daha çox rast gəlinir. Xəstəlik əsasən sifətin qızarması, günəş şüalarından qorxma, dəridə səpkilərlə, sifətdə və ayaqlarda qızartılarla müşayiət olunur. Bəzi hallarda böyrəklərdə də zədələnmələr olur. Qırmızı qurd eşənəyi xəstəliyinin müalicəsi mövcuddur və bu zaman xəstə daim həkim nəzarətində olmalıdır. Əsas əlamətləri temperaturun qalxması, iştahsızlıq, bədən çəkisinin itirilməsi və s.-dir.


Həkim-rezident Şəbnəm Qədiməliyevanın təqdimatından sonra mövzu üzrə geniş müzakirələr aparılıb.

 
Həkim-rezident Şəbnəm Qədiməliyevanın kuratoru Dr.Mirmənsim Məmmədov Lupus Nefrit xəstəliyi ilə bağlı qeydlərini bildirib, tövsiyələrini verib, yetirməsinə gələcək işlərində uğurlar arzulayıb. Mərkəzi Gömrük Hospitalının rəisinin müavini Rəna Qasımova və Azərbaycan Tibb Universitetinin Daxili Xəstəliklər kadefrasının assistenti Barat Yusifov müzakirələrdə fəal iştirak ediblər.


Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalında nefroloqların təşkil etdikləri və artıq ikinci dəfə keçirilən seminarın mövzusu Azərbaycanda Qırmızı qurd eşənəyi xəstəliyinin yayılmasına, xəstəliyin müalicəsinə yeni yanaşmalara həsr olunub. Seminara Azərbaycan Nefroloji Dərnəyinin üzvləri də qatılıb. Tədbirdə 40 nəfər iştirak edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub