Görmə imkanı məhdud 60-dək şəxsə xidmətlər göstərilib (FOTO)
14.06.2022 09:15

Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində keçən il və cari ilin ötən dövründə görmə imkanı məhdud 60-dək şəxsə xidmətlər göstərilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, müəssisənin Görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsi 4 mərtəbəli binadan ibarətdir.

 

Burada üzgüçülük hovuzu, idman və akt zalları, yataq, tibb və reabilitasiya otaqları vardır.

 

Şöbədə müvafiq kateqoriyadan olan 5-29 yaşlı şəxslər 10-a yaxın növdə reabilitasiya və abilitasiya xidmətləri ilə əhatə olunurlar.

 

Görmə imkanı məhdud şəxslər üçün həmçinin kompüter, xarici dil (ingilis, rus), Brayl əlifbası, inkluziv təhsilə hazırlıq, nitq-davranış mədəniyyəti ilə bağlı təlimlər də təşkil olunur.

 

Onlara sosial-hüquqi, tibbi-sosial, sosial-məişət xidmətləri, sosial-məsləhət yardımı da göstərilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub