Azərbaycan alimi GEANT Assosiasiyasının e-səhiyyə işçi qrupunun iclasında iştirak edib
13.06.2022 17:40

İyunun 13-də GEANT Assosiasiyasının e-səhiyyə işçi qrupunun iclası keçirilib. İtaliyanın Triest şəhərində hibrid formada təşkil olunmuş tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova və onun rəhbərlik etdiyi şöbənin əməkdaşları iştirak ediblər.

 

İclasda çıxış edən Assosiasiyanın səlahiyyətli nümayəndəsi Mario Reale ötən dövr ərzində işçi qrupun fəaliyyəti, aparılan tədqiqatların, icra edilən layihələrin nəticələri haqqında məlumat verib, bugünkü iclasın böyük maraq doğuran tədqiqatların müzakirəsinə həsr olunduğunu vurğulayıb.  

 

Sonra tədbirdə  “The EHDS and EU DGA. Sharing eHealth data. Data Valley White Paper”, “Towards a European Sovereign Health Data Space”, “Digital ecosystem for women’s & children’s health: experimentation of a certified platform for advanced telemedicine” və digər mövzularda aparılan tədqiqatların nəticələri təqdim olunub.

 

Hər bir çıxış ətrafında geniş müzakirələr aparılıb. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub