Səhiyyə Nazirliyində Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının nümayəndə heyəti ilə görüş keçirilib
13.06.2022 17:43

Səhiyyə Nazirliyində Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) nümayəndə heyəti ilə görüş keçirilib.

 

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, Türkiyə və Azərbaycan tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olublar və ölkələrimiz arasında mövcud olan münasibətlər yüksələn xətlə inkişaf edir.

 

Türkiyə və Azərbaycan arasında tibb sahəsində qarşılıqlı əlaqələrin mövcudluğundan məmnunluğunu bildirən Teymur Musayev, Səhiyyə Nazirliyinin nümayəndə heyətinin cari ilin may ayında qardaş Türkiyəyə işgüzar səfərini xatırladıb: “İkigünlük səfər çərçivəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca ilə görüş zamanı olduqca səmərəli müzakirələr apardıq. Qardaş ölkənin aparıcı tibb ocaqlarının fəaliyyəti ilə də tanış olduq. Səhiyyənin bütün sahələrində Türkiyənin təcrübəsini öyrənmək bizim üçün olduqca faydalıdır”.

 

Rəqəmsallaşdırmanın iqtisadiyyatda labüd bir proses olduğunu diqqətə çatdıran nazir qeyd edib ki, səhiyyə də iqtisadiyyatın bir sektoru olaraq gələcəyini yalnız rəqəmsallaşdırmanın üzərindən görür: “Bu sahədə qardaş Türkiyənin təcrübəsi əvəzsizdir. Rəqəmsallaşdırmada Türkiyə modeli dünyada liderdir”, - deyə Teymur Musayev əlavə edib.

 

Öz növbəsində DEİK-in nümayəndələri tibbi turizm, səhiyyənin rəqəmsal transformasiyası sahəsində tədqiqatlar üzrə Azərbaycanın Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

 

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycan ilə Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq, birgə layihələr ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

 

Görüşün sonunda tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib