Qida Təhlükəsizliyi Agentliyində Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
13.06.2022 15:37

Qida Təhlükəsizliyi Agentliyində 15 İyun − Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

 

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının fəallarının iştirakı ilə keçirilən tədbirin əvvəlində xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

 

Agentliyin sədri Qoşqar Təhməzli xalqımız üçün əlamətdar olan tarix haqqında məlumat verərək bildirib ki, məhz həmin gün Ümummilli Lider böyük fədakarlıq göstərərək, müstəqil və vahid Azərbaycan uğrunda çox çətin və məsuliyyətli, eyni zamanda tarixi missiyanı öhdəsinə götürüb, müdrik siyasətçi xilaskarlıq missiyası nümayiş etdirərək ölkəmizi düçar olduğu ağır böhran, tənəzzül və qarşıdurmadan sovuşdurmağa nail oldu, milli suverenliyə gedən böyük yolun siyasi konturlarını müəyyənləşdirdi.

 

Bu gün Heydər Əliyev siyasi kursunun uğurla davam etdirildiyini deyən Agentlik sədri bildirib ki, ölkəmizin müstəqil dövlət kimi mövcud olmasında böyük dönüş yaradan bu şanlı tarix hər birimizin qarşısında böyük vəzifə, öhdəlik və hədəflər müəyyənləşdirib. Belə ki, bu gün dünyanın iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən ölkəmizin qazandığı davamlı uğurları şərtləndirən çoxsaylı faktorlar var ki, onlardan biri də strateji əhəmiyyət daşıyan qida təhlükəsizliyidir. Bu strateji xəttin inkişafında, o cümlədən ölkəmizdə qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi və gücləndirilməsində Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları, eləcə də tapşırıqlarından irəli gələn fəaliyyətlər böyük əzim və iradə ilə davam etdiriləcək.

 

Tədbirdə YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov qeyd edib ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır və hər keçən gün həmin ideyalar ətrafında YAP sıralarına böyük həvəslə qoşulan gənclərin sayı artır.

 

Çıxışlardan sonra II Qarabağ müharibəsində iştirak etmiş AQTA əməkdaşları və onların yaxınlarına təşəkkürnamələr, eyni zamanda YAP Nizami rayon təşkilatında partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqəsi təqdim edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib