ÜST yerli səhiyyə qurumlarının nümayəndələrinin Türkiyəyə səfərini təşkil edib
12.06.2022 19:08
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “PROACT-Care” layihəsi çərçivəsində Türkiyənin ilkin səhiyyə xidməti (İSX) sisteminin öyrənilməsi və Azərbaycanda İSX-nin gücləndirilməsi üçün iş proqramına dəstək məqsədilə müxtəlif yerli səhiyyə qurumlarının nümayəndələrinin Türkiyə Respublikasına səfərini təşkil edib.
 
Aztibb.az xəbər verir ki, bir həftə davam edən səfərin məqsədi Türkiyədə İSX sistemini müşahidə etmək və funksional inteqrasiya olunmuş ictimai səhiyyə və ilkin səhiyyə sistemi üçün Azərbaycanda tətbiq oluna biləcək strategiyaları öyrənməkdir.
 
Səfər zamanı Böyük İzmir Sağlamlıq Müdirliyi, Bayraklı İlçe Sağlamlıq Müdirliyi, Dokuz Eylül Universiteti Tibb Fakültəsinin Xalq Sağlamlığı və Ailə Təbabəti şöbələri, Universitetə bağlı İSX Təhsil, Araşdırma və Tətbiq Mərkəzi, bir şəhər və bir kənd Ailə Sağlamlığı Mərkəzlərinin nümayəndələri ilə görüşlər keçirilib və müzakirələr aparılıb.
 
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Bakı Baş Səhiyyə İdarəsi, Əziz Əliyev adına Azərbaycan Dövlət  Həkimləri Təkmilləşdirmə İnstitutu, bir sıra yerli tibb və sağlamlıq mərkəzlərinin nümayəndələrinin iştirakı ilə baş tutan səfərin hesabatı yerli səhiyyə qurumlarına təqdim olunacaq.
 
Qeyd edək ki, ÜST Azərbaycanda 2020-ci ilin mart ayından Şamaxı rayonunda İlkin Səhiyyə Xidmətlərinin (İSX) nümayiş layihəsini (PROACT-Care) həyata keçirir. “PROACT-Care” ilkin səhiyyə xidmətlərini gücləndirməklə Azərbaycanda COVID-19 pandemiyası kontekstində ölüm hallarının qarşısının alınması və təhlükəsiz səhiyyə mühitində həssas əhaliyə əsas səhiyyə xidmətlərinin göstərilməsini hədəfləyir.
 
Layihə Azərbaycan Səhiyyə Nazirliyi, İTSDA, TƏBİB, Şamaxı Rayon İcra Hakimiyyəti, UNİCEF, BMT-nin Əhali Fondu və Heydər Əliyev Fondu ilə birgə həyata keçirilir. Layihənin əsas inkişaf tərəfdaşı USAID təşkilatıdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub