ATU-da  şəhid və qazilərin ailə üzvləri üçün oftalmoloji aksiya keçirilib
11.06.2022 18:23

Azərbaycan Tibb Universiteti (ATU) ölkəmizdə tibb üzrə yeganə ali məktəb olmaqla yanaşı, cəmiyyətə xidmət istiqamətində təmənnasız fəaliyyəti ilə də yadda qalır. Həmin fəaliyyət çərçivəsində iyunun 10-da Vətən müharibəsinin şəhid və qazilərinin ailə üzvləri üçün növbəti humanitar aksiya keçirilib.

 

ATU-nun mətbuat xidmətindən Aztibb.az-a verilən xəbərə görə, universitetin rektoru, professor Gəray Gəraybəylinin təşəbbüsü və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının dəstəyi ilə Tədris Cərrahiyyə Klinikasında şəhid və qazi ailələrinin üzvləri üçün oftalmoloji müayinə-müalicə aksiyası keçirilib. Aksiya zamanı xəstələrin laborator müayinələrindən tutmuş əməliyyat xərclərinə kimi lazım olan bütün vəsait universitet tərəfindən qarşılanıb.

 

Yüksəkixtisaslı həkim briqadasının iştirakı ilə keçirilən aksiyada 34 nəfər tam müayinə, xəstəlik aşkar olunduğu halda yerindəcə müalicə edilib. İyirmi altı şəxsə ambulator müalicə təyin edilib və uyğun eynəklər hədiyyə olunub. Onlara xəstəliklərə səbəb olan risk faktorları ilə bağlı tövsiyələr verilib.
Aksiya zamanı ehtiyacı olanlar üzərində göz əməliyyatları da icra olunub. Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılovun sözlərinə görə, Azərbaycanın müxtəlif regionlarından - Ağdam, Lənkəran, Lerik, Quba, Qax, Qazax və s. rayonlardan olan səkkiz nəfər üzərində əməliyyat həyata keçirilib: “Şəkərli diabet diaqnozu qoyulan iki nəfərə göz dibində arqon lazer fotokoaqulyasiyası icra edilib. Altı şəhidimizin anasının gözündə isə katarakta əməliyyatı aparılıb. Bütün əməliyyatlar uğurla başa çatıb, xəstələr lazımi dərman preparatları ilə təmin olunublar. Biz Vətən müharibəsi şəhidlərinin ailələrinə və iştirakçılarına qulluq etməyə daim hazırıq”.

 

Qeyd edək ki, ATU rəhbərliyinin təşəbbüsü ilə müəyyən təbəqələrdən olan vətəndaşlar üçün pulsuz göz əməliyyatlarının keçirilməsi ənənə halını alıb. Eləcə də hər il ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın ad gününə həsr olunmuş humanitar aksiyalar çərçivəsində aztəminatlı ailələrdən olan tələbələr üçün pulsuz göz əməliyyatları keçirilir.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub