Azərbaycan Qran Prisində tibbi xidmətlərin təşkili üçün 125 tibb işçisi təhkim olunub
11.06.2022 11:46

"Formula 1" üzrə Azərbaycan Qran Prisi çərçivəsində tibbi xidmətlərin təşkili üçün 125 tibb işçisi təhkim olunub.

 

TƏBİB-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları Bakı şəhərində təşkil olunan "Formula 1" Azərbaycan Qran Prisi yarışlarında Bulvar və İçərişəhər ərazisində yaradılmış 4 səyyar həkim məntəqəsində 15 tibb işçisi 08.00-dan 24.00-a qədər növbəli xidmət göstərir.

 

İdman yarışları zamanı yarışları izləyən tamaşaçılar üçün 8, idman yarışlarının keçirildiyi hərəkət zolağı istiqamətində 12, Atletlər kəndində 2 və yarış zonasında məskunlaşan sakinlərin istifadə etdiyi ərazi üzrə isə 2 Təcili Təxirəsalınmaz Tibbi Yardım avtomobili (hər ambulansda 3 həkim və digər tibb işçilərindən ibarət briqada olmaqla ümumilikdə 110 tibb işçisi) təhkim olunub.

 

Eyni zamanda, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin balansında olan və müvəqqəti fəaliyyət göstərən “TMC” klinikası tibbi avadanlıqlarla və dərman ləvazimatları ilə tam təchiz edilib.

 

Yarış müddətində (10-12 iyun) Mərkəzi Nefçilər Xəstəxanasında tibbi xidmət Beynəlxalq Avtomobil Federasiyanın tələblərinə və dünya standartlarına uyğun təşkil edilib.

 

Qeyd edək ki, "Formula 1" yarışları Bakı şəhərində 6-ci dəfədir keçirilir. Yarışların yerli təşkilatçısı isə Bakı Şəhər Halqası Əməliyyat Şirkətidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub