Azərbaycan Ordusunun tibb xidməti kapitanı Anar Məmmədov - Şəhid həkimlərimizi unutmayaq!
10.06.2022 09:45
44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq və şücaət göstərərək öz adlarını şərəfli tariximizə yazmış həkimlərimizdən biri də Azərbaycan Ordusunun tibb xidməti kapitanı Anar Məmmədovdur. 
 
Əslən Cəbrayıl rayonunun Dağ Tumas kəndindən olan A.Məmmədov 1984-cü ildə Bakı şəhərində anadan olub.

O, 2003 -cü ildə Azər Məmmədov adına 115 saylı tam orta məktəbi bitirib, elə həmin ildə Tibb Universitetinin Pediatriya fakültəsinə daxil olub.

2006-cı ildə öz istəyi ilə ixtisasını hərbi tibb kafedrasına yönləndirib. 2008-ci ildə Şəmkir rayonunda leytenant rütbəsi ilə ixtisasını davam etdirib. 2009-cu ildən 2013-cü ilədək Füzuli rayonunda N saylı hərbi hissədə xidmət edib, daha sonra Cəlilabad korpusunda, ordan da sülhməramlılarla birgə 6 ay Əfqanıstanda xidmətdə olub. Oradan döndükdən sonra Ağcabədi, Beyləqan, Qusar korpuslarında xidmət edib, 2018-ci ilin dekabr ayında Bakıda tibb xidməti kapitanı rütbəsi ilə xidmətini davam etdirib.
 
Anar Məmmədov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı, yaralı hərbçilərin döyüş meydanından çıxarılması və ilkin tibbi yardım göstərilməsi fəaliyyəti ilə məşğul olub. Onun qəhrəmanlığı sayəsində ön cəbhədə olan yüzlərlə yaralanmış əsgərimizə yardım göstərilərək, onları yenidən həyata qaytarmaq mümkün olub. Qəhrəman həkimimiz noyabrın 3-ü Qubadlı döyüşləri zamanı yaralı hərbçilərə köməklik göstərərkən şəhidlik zirvəsinə yüksəlib.
 
Şəhidimiz Azərbaycan ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Vətən uğrunda” , “İgidliyə görə” və “Xocavəndin və Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
 
Ruhu şad olsun!
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub