Qazimiz Hüseyn Mustafayevin müalicəsi 1 saylı Şəhər Kliniki Xəstəxanasında davam edir
09.06.2022 22:26

Qazimiz Hüseyn Mustafayevin hazırda 1 saylı Şəhər Kliniki Xəstəxanasında müalicəsi davam edir.

 

Qeyd etmək istərdik ki, qazimizin səhhəti və müalicəsi ilə bağlı məsələlər "YAŞAT" Fondunun nəzarətində olub, müasir tibbin bütün imkanlarından istifadə edilib və xərclər Fond tərəfindən qarşılanıb.
O, 2021-ci ilin mart ayının 3-də xüsusi olaraq onun üçün gətizdirilən “Jet“ ambulans ilə Türkiyə Respublikasına göndərilib və 2021-ci ilin 4 sentyabr tarixinədək müalicəsi orada davam etdirilib.

 

Ailənin istəyinə əsasən ilk olaraq “Yeditepe” Xəstəxanasında, sonra “Anadolu Sağlıq” Mərkəzində müalicə alaraq səhhəti stabil vəziyyətə gətirilib. Növbəti mərhələdə isə Romatem Fizioterapiya ve Reabilitasiya Mərkəzinə yerləşdirilib. Qazimizə kök hüceyrə və “exasome” köçürülüb və köçürülmə nəticəsində fizioloji vəziyyətində müəyyən irəliləyişlər əldə edilib. İntensiv reabilitasiya prosesi keçib.

 

2021-ci ilin 27 noyabr tarixində Türkiyə Respublikasından gələn həkim tərəfindən qazimiz yenidən müayinə edilib və lazımi tibbi müdaxilə edilib. Türkiyəli həkim tərəfindən verilən rəyə əsasən qazimizin hazırda hər hansı bir cərrahi müdaxiləyə ehtiyacı yoxdur, o baxım xəstəsidir. Gələcəkdə səhhəti ilə bağlı irələyiş yarandığı təqdirdə, həkim müdaxiləsi edilə bilər.

 

2022-ci ilin aprel ayında İsrail dövlətinin hərbi xəsarətlər üzrə ixtisaslaşmış ən böyük sağlamlıq mərkəzi olan “Sheba Medical Center” xəstəxanasının həkim və mütəxəssislərindən ibarət heyət də eyni türkiyəli mütəxəssislərin rəyində qeyd olunduğu kimi hər hansı cərrahi müdaxiləyə ehtiyac olmadığını bildirib. 2022-ci ilin 26 aprel tarixində reabilitasiya ilə bağlı qazimizin ailəsinin müraciəti daxil olmuş və onlara Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda reabilitasiya edilməsi təklif olunub, ailə reabilitasiya prosesinin evdə aparılmasını istəyib. Qazimizin ailəsinin istəyinə uyğun olaraq müalicəsi evdə davam etdirilib.

 

Fond tərəfindən başqa xarici ölkələrin mütəxəssisləri ilə əlaqələr qurulur, danışıqlar aparılır. Hüseyn Mustafayev Rusiyadan ölkəmizə gələn həkim tərəfindən müayinə olunub, dərman müalicəsi yazılıb və dərhal həmin dərmanlarla təmin edilib. İkinci müayinə üçün həkim tərəfindən vaxt iyun ayının sonu və ya iyul ayının əvvəlində nəzərdə tutulduğu bildirilib. Həmin tibb mütəxəssisi tərəfindən də tərəfindən uyğun görüləcək müalicə prosesi də Fond tərəfindən təmin olunacaq. Qeyd edək ki, Rusiyadan olan həkimlər tərəfindən də hazırda hər hansı cərrahi müdaxilə tövsiyə edilmir.

 

”YAŞAT” Fondu tərəfindən qazimizin müalicə xərclərinin qarşılanması və dərman vasitələrinin alınması üçün ümumilikdə 276 436.84 AZN vəsait xərclənib.  

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub