Türkiyədə səfərdə olan bir qrup səhiyyə mütəxəssisi Dokuz Eylül Universitetinin rəhbərliyi ilə görüşüb
09.06.2022 20:17

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Şamaxı rayonunda ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi məqsədilə həyata keçirdiyi "PROACT-Qayğı” layihəsi çərçivəsində ictimai səhiyyə xidmətlərinin yaxşılaşdırılması məqsədi ilə bir qrup səhiyyə üzrə mütəxəssis Türkiyə Respublikasında səfərdədir.

 

Nümayəndə heytinə Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Anar İsrafilov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov, TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli, Azərbaycan Tibb Universitetinin və aidiyyəti səhiyyə qurumlarının nümayəndələri daxildir.

 

Səfər zamanı nümayəndə heyəti Dokuz Eylül Universitetində olub, universitetin rəhbərliyi ilə görüşərək əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.

 

Qeyd edək ki, "PROACT-Qayğı” layihəsi Azərbaycan üçün məqsədəuyğun ilkin səhiyyə sistemi modelinin yaradılmasını nəzərdə tutur ki, bu model genişləndirilərək ölkənin digər ərazilərində də tətbiq edilə bilər.

 

ÜST-nin Azərbaycandakı Nümayəndəliyi layihənin icra olunmasında Şamaxı Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Heydər Əliyev Fondu, UNICEF və BMT-nin Əhali Fondu ilə tərəfdaşlıq edir.

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəliyi tərəfindən həyata keçirilən layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), Böyük Britaniyanın "Ukaid”, Rumıniyanın "RoAid” təşkilatları və "UHC-Əməkdaşlıq” təşəbbüsü (ÜST-nin tərəfdaşları ilə ortaq layihəsi) tərəfindən maliyyələşdirilir.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
World Health Organization Azerbaijan
Dokuz Eylül Üniversitesi

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub