“Kriteriya nədir” və "ANCA assosiasiyali 2022 ACR/EULAR krteriyalar" mövzusunda seminar keçirilib
09.06.2022 16:20
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyeva, klinikanın həkimləri və rezidentlərin iştirakı ilə “Kriteriya nədir” və "ANCA assosiasiyali 2022 ACR/EULAR krteriyalar" mövzusunda seminar keçirilib.
Tədbirdə professor Fərhad Talıbov kriteriya, klasifikasion və diaqnostik kriteriyaların önəmi və revmatologiyada istifadəsi haqqında ətraflı məlumat verib. Qeyd edib ki, əvvəllər xəstəlik əlamətlərlə qiymətləndirilirdisə, sonralar kriteriya ilə qiymətləndirilməyə başlanıldı. Diaqnostik kriteriyalar rutin praktikada praktik həkimlər üçün, klassifikasiya kriteriyalar isə elmi tədqiqatların istifadəsində nəzərdə tutulub.
Daha sonra klinikanın revmatologiya şöbəsinin həkim-rezidenti Nigar Şahpələngi "ANCA assosiasiyalı 2022 ACR/EULAR kriteriyaları" mövzusunda çıxış edib. Həkim bildirib ki, vaskulit qan damarının iltihabi xəstəliyidir. Vaskulitdə bu əlamətlər olduqda şübhə etməliyik: "Multisistem əlamətlər olduqda, səbəbi bilinməyən hərarət, açıqlana bilinməyən konstitusional əlamətlər, işemik əlamətlər, xüsusən də gənclərdə, şübhəli dəri səpgiləri, pulmonar renal sindromlar, infarkt və insult kimi sürətlə irəliləyən orqan disfunksiyası kimi əlamətlər olduqda xəstəliyə şübhə etməliyik. Onkologiya və infeksiya isə inkar olunmalıdır".
Yeni kriteriyalar haqqında məlumat verən Nigar Şahpələngi ANCA analizindən nə zaman istifadə edilməli olduğundan da danışıb. Qeyd edib ki, qlomerulonefrit xəstədə, xüsusilə proqressivləşən, qan hayxıması olan xəstə, dəri vaskuliti və sistem əlamətləri olan, yuxarı tənəffüs yolunun xronik, destruktiv xəstəlikləri, çox saylı mononevrit olduğunda ANCA analizindən istifadə edilməlidir. Bu günə qədər ANCA əlaqəli vaskulitlərə əlamətlərlə diaqnoz qoyulurdu. 2022-ci il kriteriyalarına baxsaq artıq bal sistemi ilə qiymətləndirilir.
Seminarın sonunda klinikanın həkim-rezidentlərilə birgə mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
Bu bölməyə aid digər xəbərlər
Pediatr alimin 53 illik fəaliyyəti yüksək qiymətləndirilib
24.10.2026 | 09:30
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

