Rusiyanın Elmlər Akademiyasının nümayəndələri Bakı Sağlamlıq Mərkəzində olublar - FOTO
09.06.2022 15:30

Rusiyanın Elmlər Akademiyasının Tibbi Nanobiotexnologiya kafedrasının rəhbəri Vladimir Pavloviç Çexonin və Fundamental Tibb bölümünün rəhbəri, akademik Mamed Əliyev Cavadoviç Azərbaycana səfər çərçivəsində İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı və Bakı Sağlamlıq Mərkəzindəölkəmizdə səhiyyə sahəsində görülmüş işlərlə bağlı görüşlər keçiriblər.

 

Aztibb.az xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov Mərkəzin fəaliyyəti ilə bağlı ətralı məlumat verib və qonaqları Mərkəzin fəaliyyət sahələri ilə tanış edib.

 

Bundan sonra İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Təlim və Simulyasiya Mərkəzində görülmüş işlər barədə universitetin rektoru professor Əziz Əliyev tərəfindən qonaqlara ətraflı məlumat verilib və qonaqlar universitetdə yaradılmış şəraitlə tanış edilib.

 

Təlim və Simulyasiya Mərkəzinin rəhbəri Zəhra Vəzirova aparılan təlim-tədris prossesi, tələbələrin biliklərinin qiymətləndirilməsi sahəsində tətbiq olunan yeniliklər barədə çıxış edib.

 

Qonaqlar bu günə qədər Azərbaycanda səhiyyə sahəsində görülən işləri yüksək qiymətləndirib və təlim-tədris üçün yaradılan şəraitdən məmnunluqlarını bildiriblər.

 

Görüşün sonunda xatirə şəkili çəkilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub