İslamabad Tibb və Stomatologiya Universitetinin rəhbəri ATU-nun klinikalarını ziyarət edib/FOTOLAR  
09.06.2022 15:19

Beynəlxalq təhsil təşkilatları və elm qurumları ilə əlaqələri daim genişləndirən Azərbaycan Tibb Universiteti daha bir qonağı qəbul edib. İslamabad Tibb və Stomatologiya Universitetinin (İslamabad Medical and Dental College) idarə heyətinin sədri Yasir Khan Niazi ATU-nun klinikalarını ziyarət edərək tələbələr üçün yaradılan şəraitlə yaxından tanış olub.

 

Aztibb.az xəbər verir ki, ATU-nun Tədris Terapevtik Klinikasının direktoru professor Surxay Musayev bildirib ki,  klinikada ATU-nun 11 klinik kafedrası yerləşdirilib. Eyni vaxtda 640 tələbə yeri olan 6 mühazirə zalı, 70-ə qədər dərs otağında universitetin III-VI kurs tələbələrinə terapiya, pediatriya, nevrologiya, klinik farmokologiya, fizioterapiya, şüa diaqnostikası fənləri tədris olunur. Bundan əlavə, klinikada rezidentura və doktorantura xətti ilə yüksəkixtisaslı kadrların hazırlanması həyata keçirilir. Qonaq Klinikanın Ürək-Damar Mərkəzində də olub, klinik-diaqnostik laboratoriyadakı şəraitlə tanış olub.

 

ATU-nun Tədris Stomatoloji Klinikasının direktoru Mahir Səfərov pakistanlı alimi müəssisənin fəaliyyəti ilə tanış edib. Bildirib ki, Tədris Stomatoloji Klinikada terapevtik, cərrahi, ortopedik, uşaq stomatologiyası kafedraları ilə yanaşı terapiya, cərrahiyyə, ortopediya, ortodontiya, parodontologiya, implantologiya, fizioterapiya, rentgen şöbələri və laboratoriyalar fəaliyyət göstərir. Klinikanın əsas fəaliyyət istiqaməti yüksəkixtisaslı həkim-stomatoloq kadrları hazırlamaq məqsədilə tədris, elmi-tədqiqat işlərinin aparılması üçün müasir tələblərə cavab verən baza olmaqla, əhaliyə yüksək səviyyəli stomatoloji xidməti təmin etməkdən ibarətdir. Hazırda fakültənin 70%-i xarici tələbələrdən ibarətdir. Fakültədə 14 ölkədən Finlandiya, Amerika, Türkiyə, Əfqanıstan, Səudiyyə Ərəbistanı, Filippin, Gürcüstan, İran, İraq, həmçinin Pakistan, İordaniya, Fələstin, Suriya və b. ölkələrdən gəlmiş tələbə təhsil alır.

 

İslamabad Tibb və Stomatologiya Universitetinin (İslamabad Medical and Dental College) idarə heyətinin sədri Yasir Khan Niazi ATU-nun Tədris Cərrahiyyə Klinikasını da ziyarət edərək bu müəssisənin fəaliyyəti haqqın məlumatlarla tanış olub. Qonaqla görüşdə qeyd olunub ki, Tədris Cərrahiyyə Klinikasında tibb təhsili və səhiyyə xidmətləri bir yerdə cəmlənib. Tibb təhsilinin yüksək səviyyədə təşkili klinikanın fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Burada hər biri 100 nəfərlik 7 mühazirə zalı və praktik məşğələlərin keçirilməsi üçün 60-dan çox dərs otağı, bütün cərrahi ixtisasları əhatə edən 14 kafedra və 28 şöbə mövcuddur. İl ərzində klinikada 3000-ə yaxın tələbə, 300-dən çox rezident, 20-yə yaxın doktorantın təhsili ilə 40-a yaxın professor, 80-ə yaxın dosent, 180-dən çox assistent məşğul olur.

 

Görüşlər zamanı Yasir Khan Niazi təmsil etdiyi qurum barəsində də ətraflı məlumat verib. Qeyd edib ki, İslamabad Tibb və Stomatologiya Universiteti müasir kampuslara, modern avadanlıqlarla təhiz olunmuş laboratoriyalara, mühazirə zalları, kitabxana və auditoriyalara malikdir. Əsası 2007-ci ildə qoyulan bu gənc universitetdə stomatologiya üzrə altı ixtisas üzrə magistratura təhsili də mövcuddur.  Cənba Yasir Khan Niazi Universiteitn nəzdindəki Tədris Klinikasına da rəhbərlik edir. O, ATU və xüsusilə Tədris Stomatoloji Klinika ilə birlikdə iri miqyaslı layihələrin reallaşdırılması istiqamətində əməkdaşlığa hazır olduğunu da bildirib.

 

Qeyd edək ki, İslamabad Tibb və Stomatologiya Universitetinin (İMDC) təmsilçisi ilə görüşlərdə ATU-nun klinika rəhbərləri ilə yanaşı, elmi işlər üzrə prorektor Rauf Bəylərov, beynəlxalq əlaqələr şöbəsinin müdiri Müşfiq Orucov iştirak ediblər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib