Dünyada 10 uşaq müəmmalı hepatitdən dünyasının dəyişib
09.06.2022 10:07

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İngiltərədə ortaya çıxan və sonradan bir çox ölkədə aşkarlanan mənşəyi bilinməyən hepatit virusuna yoluxan uşaqların sayının ən az 700-ə yüksəldiyini, 10 uşağın isə virus səbəbindən həyatını itirdiyini açıqlayıb.

 

Aztibb.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu təşkilatın Cenevrədəki qərargahında keçirilən mətbuat konfransında ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

 

Qebreyesus indiyədək 34 ölkədən 700 hepatit faktının təsdiqləndiyini, 112 yoluxmanın araşdırıldığını açıqlayıb.

 

Virusa yoluxan ən az 38 uşağın qaraciyər transplantasiyası əməliyyatı keçirməli olduğunu bildirən Qebreyesus 10 uşağın öldüyünü qeyd edib.

 

O bildirib ki, ÜST üzv ölkələrlə koordinasiyada virusun mənbəyini araşdırmaqda davam edir.

 

Mənşəyi məlum olmayan, sarılıq, ishal, qusma və qarın ağrısı kimi simptomlarla müşayiət olunan müəmmalı hepatit 1 aydan 16 yaşa qədər uşaqlarda müşahidə edilir.

 

 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib