Vərəmin aşkarlanması ilə əlaqədar bütün risk qrupları arasında kütləvi skrininqlər aparılacaq
08.06.2022 18:28

İyunun 8-də Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETAXİ) Yaponiyanın “Fujifilm” şirkətinə məxsus “FDR X-air” portativ rentgen avadanlığının satın alınması ilə əlaqədar layihənin açılış mərasimi keçirilib.

 

Süni intellektə malik portativ rentgen aparatı beynəlxalq təşkilat “Stop TB Partnerşip” qurumunun konsultativ dəstəyi və Yaponiyanın ölkəmizdəki səfirliyinin maliyyə yardımı ilə vərəm əleyhinə QHT koalisiyasının aparıcı təşkilatı olan “Sağlamlığa xidmət” İctimai Birliyi (İB) tərəfindən Azərbaycana gətirilib.

 

Məqsəd Azərbaycanda vərəm hallarının erkən aşkarlanmasına dəstək olmaq, vərəmin ən çox yayıldığı rayonlarda və xüsusilə ucqar ərazilərdə yaşayan insanlar üçün vərəmin müayinə və müalicəsinə əlçatanlığı təmin etmək, vərəmlə mübarizə işinin bütün tibb xidmətlərinə inteqrasiyasını gücləndirmək, bütün risk qrupları arasında sistematik skrininq aparmaqdan ibarətdir.

 

Tədbirdə Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada, TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva, ETAXİ-nin direktoru İradə Axundova, TƏBİB-in Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ramin Ağayev, Səhiyyə Nazirliyinin Sanitar-epidemioloji nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Vahid Əliyev, ölkə əlaqələndirmə mexanizminin maliyyə və proqram meneceri Aytən Hüseynova, ETAXİ-nin tibb heyəti, Vərəm Əleyhinə QHT Koalisiyasının üzvləri və media nümayəndələri iştirak ediblər.

 

Çıxış edən Yaqut Qarayeva, İradə Axundova , Ramin Ağayev və Nəzifə Mürsəlova vərəm xəstəliklərinin erkən aşkarlanmasında müasir rentgen aparatının müstəsna rol oynayacağını bildiriblər.

 

Çıxışçılar vərəmin ən çox yayıldığı rayonlarda, xüsusilə ucqar ərazilərdə yaşayan insanlar üçün vərəmin müayinə və müalicəsinə əlçatanlığı təmin etmək istiqamətində davamlı və təxirəsalınmaz işlər görüldüyünü bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub