20 il sonsuzluqdan sonra doğulmuş körpə ağır günləri geridə qoyub - Mərkəzi Klinika
08.06.2022 17:43
20 il sonsuzluqdan sonra süni mayalanma ilə vaxtından əvvəl - 7 aylıq, 1300 qram çəkidə doğulan körpəsinə çətinliklə yenicə qovuşan ana onu itirmək təhlükəsi ilə üzləşib. Ağır vəziyyətdə dünyaya göz açan yenidoğulmuş reanimasiyada 1 ay ərzində yaşamaq uğrunda mübarizə aparıb.
 
Aztibb.az xəbər verir ki, Mərkəzi Klinikada uşaq cərrahı Fuad Hüseynovun rəhbərliyi ilə icra olunmuş uğurla əməliyyatdan sonra körpə sağlamlığına qovuşub.
 
Belə ki, çəkisi 2 kq-a çatan körpənin vəziyyəti əvvəl normal olub. Lakin bir müddət sonra uşaqda ciddi narahatlıq, qusma, qasıq nahiyyəsində şişkinlik və göyərmə başlayıb:
 
"Valideynlər nə olduğunu anlamadan, bu vəziyyətin üzərindən 1 gün keçdikdən sonra rayondakı və yaxın ərazidəki bütün xəstəxanalara müraciət ediblər. Çəkisi az və vəziyyəti ağır olduğu üçün həkimlər kömək göstərə bilməyiblər.
 
Körpə hadisənin üzərindən təqribən 48 saat keçdikdən sonra olduqca ağır vəziyyətdə Mərkəzi Klinikaya çatdırılıb. Uşağı bu vəziyyətə salan boğulmuş qasıq yırtığı idi. Ciddi qan azlığı, infeksiya dəyərlərində artım olsa da məcburi təcili əməliyyata aldıq. Təəssüf ki, gecikdirilmiş 48 saat öz işini görmüşdü. Körpə sağ xayasını və bağırsağının bir qismini itirməliu oldu".
 
Həkim qeyd edib ki, bağırsaq yırtıq kisəsində boğulduğu üçün həm özünün, həm də xayanın qidalanması pozub nekroz etmiş, yəni çürümüşdü. Beləliklə, sağ xaya xaric olundu, nazik bağırsağın nekroz olunmuş hissəsi çıxarılaraq uc-uca tikildi.
 
Məlumata görə, yenidoğulmuş əməliyyatdan sonra ağır vəziyyətdə neonotoloji reanimasiya şöbəsinə köçürülüb. Mərkəzi Klinikanın peşəkar neonotoloqlarının gərgin səyləri nəticəsində körpə ağır günləri geridə qoyub. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub