“Xəstəxanaların idarə edilməsi” mövzusunda təlim təşkil olunur
08.06.2022 15:34
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Ankara Universiteti arasında imzalanmış “Təhsil xidmətlərinin göstərilməsi və elmi əməkdaşlığa dair Protokol” çərçivəsində cari ilin 30 may - 10 iyun tarixlərində Ankara Universitetində “Xəstəxanaların idarə edilməsi” mövzusunda təlim təşkil olunur.
 
Aztibb.az xəbər verir ki, Ankara Universiteti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə baş tutan təlimdə Agentliyin İdarə Heyəti sədrinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti, həmçinin Ağcabədi, Beyləqan, Bərdə, Quba, Ucar, Qəbələ, Saatlı, Ağdaş rayon mərkəzi xəstəxanalarının, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının, habelə Kliniki Tibbi Mərkəzin və Sumqayıt, Nərimanov, Xəzər, Pirallahı, Lökbatan tibb mərkəzlərinin direktorları və müavinləri iştirak edir.
 
Təlim proqramının açılışında çıxış edən Agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova təlim proqramının təşkili üçün Ankara Universitetinə və TİKA-ya təşəkkürünü bildirərək tədbirin əhəmiyyətindən danışıb:
 
“Azərbaycanda icbarı tibbi sığortanın tətbiqi ilə tibb müəssisələrində idarəetmənin beynəlxalq standartlara uyğunlaşdırılması zərurəti yarandı. Tibb müəssisələrinin effektiv idarə edilməsi əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə təkan verən faktordur. Bu səbəbdən hesab edirəm ki, xəstəxanaların idarə edilməsinə həsr olunan 11 günlük təlim bu işə böyük töhfə verəcəkdir. Mən təlim proqramını hazırlayıb ərsəyə gətirən Ankara universitetinin professor və müəllim heyətinə, şəxsən universitetin rektoru cənab Necdet Ünüvara və TİKA-nın rəhbəri Serkan Kayalara xüsusi təşəkkürümü bildirirəm. Əminəm ki, Ankara Universiteti ilə gələcək əməkdaşlığımız çərçivəsində qarşıda bizi olduqca faydalı layihələr gözləyir”.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib