Peşəkar həkimlərimizi tanıyaq! - Funksionalist Nigar Rəhmətova
08.06.2022 12:41

“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizə Mərkəzi Gömrük Hospitalında uzun illər tibbin funksional diaqnostika sahəsində çalışan, zəngin iş təcrübəsinə malik peşəkar həkim-funksionalist Nigar Rəhmətovanı təqdim edirik.

 

30 ilə yaxın funksional diaqnostika sahəsində çalışan Dr. Nigar Rəhmətovanın iştirakı ilə Mərkəzi Gömrük Hospitalında elektrokardioqramma, fasiləsiz EKQ holter monitorinqi, fasiləsiz arterial təzyiq holter monitorinqi, doppler rəngli exokardioqrafiya (EXO, 4DEXO), transezofaqeal  exokardioqrafiya (TEE), kardiovaskulyar stress test - treadmill, tilt table testı, stress exokardioqrafiya prosedurları həyata keçirilir.

 

O, 1991-ci ildə Azərbycan Tibb Universitetinin Müalicə profilaktika 2 fakültəsini bitirdikdən sonra 1992-ci ildə 3 saylı Klinik Xəstəxanada terapiya üzrə internatura keçib.

 

Əmək fəaliyyətinə 1992-2009-cu illərdə dövlət tibb müəssisəsində Müalicə-profilaktika şöbəsinin müdiri kimi başlayan Nigar Rəhmətova 2007-2009-cu illərdə özəl tibb müəssisəsində funksionalist-kardioloq kimi çalışıb.

 

Nigar Rəhmətova daim öz üzərində işləyən, bilik və bacarıqlarını artıran yüksəkixtisaslı mütəxəssisdir. O, 2001-ci ildə Kliniki kardiologiyada funksional diaqnostika üzrə ümümi təkmilləşmə, 2004-cü ildə Kliniki elektrokardioqrafiya kursu üzrə tematik təkmilləşmə, 2007-ci ildə Respublika Müalicəvi Diaqnostika Mərkəzində ürək-damar sisteminin tədqiqatları üzrə I funksional diaqnostika şöbəsində işçi yerində “Exokardioqrafiya” metodu ilə praktiki və nəzəriyyə kursu keçib.

 

2009-cu ildən Mərkəzi Gömrük Hospitalında funksionalist-kardioloq işləyir. 

 

Həkim barədə daha ətraflı məlumat almaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz: 

https://customshospital.az/nigar-rehmetova 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib