ÜST: "Hər il 420 min nəfər qida mənşəli xəstəliklər səbəbindən dünyasını dəyişir"
08.06.2022 11:48

Hər il 600 milyon nəfər, yəni planetimizin sakinlərinin təxminən 10 nəfərdən biri bakteriya, virus, parazit və ya kimyəvi maddələrlə zəhərlənmiş qida məhsullarından istifadə nəticəsində xəstələnir. Onlardan təqribən 420 min nəfəri qida mənşəli xəstəliklər nəticəsində vəfat edir.

 

Bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bu kədərli statistikanı hər il iyunun 7-də qeyd edilən Ümumdünya Qida Məhsullarının Təhlükəsizliyi Günü münasibətilə xatırladıb.

 

Bu il Ümumdünya Qida Məhsullarının Təhlükəsizliyi Gününün qeyd edilməsinin məqsədi sözügedən problemin miqyasına dünyanın diqqətini cəlb etmək və qida məhsulları ilə bağlı risklərin qarşısını almağa, aşkar etməyə və aradan qaldırmağa çağırmaqdır.

 

Qida məhsullarının təhlükəsizliyi mövzusu ilbəil daha artıq dərəcədə aktuallaşır. Qida mənşəli xəstəliklər insanın sağlamlığına zərər vurmaqla bərabər həm də sosial-iqtisadi inkişafa ciddi maneədir, çünki bu xəstəliklər səhiyyə sistemlərinin yükünü hədsiz artırır, milli iqtisadiyyata, turizmə və ticarətə ziyan vurur.

 

Qida mənşəli xəstəliklər əsasən zəhərlənmiş su və qida vasitəsilə orqanizmə düşən bakteriya, virus və ya kimyəvi maddələrlə bağlı infeksion xəstəliklər və ya intoksikasiyalardır. Onlar diareyadan başlamış xərçəngə qədər 200-dən çox xəstəliyin törədiciləridir.

 

Qida mənşəli xəstəliklərin təqribən 40 faizi 5 yaşadək uşaqların payına düşür. Bu xəstəliklər hər il 125 min körpənin həyatına son qoyur.

 

Urbanizasiya və istehlakçıların davranışının dəyişməsi, o cümlədən turizmin geniş yayılması ictimai yerlərdə hazırlanmış qida məhsullarını alan və istifadə edən insanların sayının artmasına səbəb olur. Qloballaşma şəraitində qida məhsullarının geniş spektrinə tələbat artır, bu isə qlobal ərzaq zəncirinin mürəkkəbləşməsinə və uzanmasına səbəb olur.

 

Son onillikdə planetin bütün qitələrində qida mənşəli xəstəliklərin ciddi yayılması qeydə alınıb. Dünyada ticarətin qloballaşması nəticəsində bir sıra hallarda bu xəstəliklərin miqyası daha da genişlənir.

 

Qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi fermada başlanan və istehlakçının masası üzərində başa çatan çox mürəkkəb prosesdir. Yeyinti sənayesi işçilərinin və istehlakçıların heç də hamısı özlərinin və ətrafdakı insanların sağlamlığının təmin edilməsində öz rolunu, o cümlədən qida məhsullarının alışı, satışı və hazırlanması prosesində əsas gigiyena qaydalarına riayət etməyin zəruri olmasının dərk etmir. Halbuki, qida məhsullarının təhlükəsizliyinin təmin edilməsinə hər kəs töhfə verə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır