Azərbaycan ÜST-nin Regional Qiymətləndirmə Qrupuna üzv seçilib
25.10.2023 13:23

Məlum olduğu kimi, Astanada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 73-cü sessiyası keçirilir. Ölkəmizi sessiyada Azərbaycanın səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən məlumata görə, ÜST-nin Avropa Regional Komitəsinin 73-cü sessiyası çərçivəsində qurumun Regional Qiymətləndirmə Qrupuna üzvlərin seçilməsi baş tutub. Keçirilən seçki nəticəsində Azərbaycan ÜST-nin Regional Qiymətləndirmə Qrupuna üzv seçilib.


Azərbaycanın Regional Qiymətləndirmə Qrupuna üzv seçilməsi ÜST-lə səmərəli əməkdaşlığının uğurlu nəticəsidir. Həmçinin ölkəmizin ÜST-nin Regional Qiymətləndirmə Qrupuna üzv seçilməsi Azərbaycanın bu təşkilatda qərarverici mövqeyini daha da möhkəmləndirir və gələcək fəaliyyət imkanlarını genişləndirir.

 

Regional Qiymətləndirmə Qrupu ÜST-nin fəaliyyətinin qiymətləndirməsi ilə bağlı töhfələrini verir. Qrup, qiymətləndirmə fəaliyyətinin yaxşılaşdırılması, nəticələrə görə məsuliyyətin artırılması və təşkilatın araşdırma işinin təşviqi sahəsində ÜST-də mühüm rol oynayır. Belə ki, Qrup, qiymətləndirmə resurslarının istifadəsi zamanı əldə edilən nəticələrə görə, hesabatlılığı təmin etmək və təcrübələrin öyrənilməsini asanlaşdırmaq məqsədini də daşıyır. Bundan əlavə, Regional Qiymətləndirmə Qrupunun fəaliyyəti qərarların qəbuluna da təsir göstərir.


Qeyd edək ki, ÜST-nin Avropa Regional Komitəsinə regional direktor vəzifəsinə namizədlərin qiymətləndirilməsi, meyarların müəyyən edilməsi və qısa siyahıya salınması da bu Qrup tərəfindən həyata keçirilir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır