ÜST-dən İsrailə reaksiya: Xəstəxanalar döyüş meydanı kimi istifadə edilməməlidir
03.04.2024 11:45

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus İsrail ordusunun Qəzza şəhərində basqın etdiyi, sonra isə tamamilə dağıdıb tərk etdiyi Şifa xəstəxanasındakı vəziyyətə reaksiya verib.

 

Bu barədə Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir.

 

İsrailin mühasirəsindən sonra xaraba vəziyyətdə olan xəstəxananın fotosunu sosial şəbəkədə paylaşan T.Qebreyesus bildirib: "Bir daha deyirəm. Xəstəxanalara hörmət edilməli və qorunmalıdır. Xəstəxanalar döyüş meydanı kimi istifadə edilməməlidir".

 

Qeyd edək ki, İsrail ordusu martın 18-də səhər saatlarında Qəzza şəhərinin qərbində yerləşən və 7 mindən çox xəstə və məcburi köçkün fələstinlinin sığındığı Şifa xəstəxanasına basqın edərək, məcburi köçkün fələstinlilərin sığındığı kompleksi mühasirəyə alıb.

Qəzza hökuməti İsrail qüvvələrinin Şifa xəstəxanası və ətraflarında 400-dən çox fələstinlini öldürdüyünü, 900-dən çoxunu həbs etdiyini və 1050 evi dağıtdığını açıqlayıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır