ÜST-nin Fələstin nümayəndəsi: "Həyatımda heç zaman bu qədər amputasiya hadisəsinin şahidi olmamışam"
10.01.2024 11:10

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstin nümayəndəsi Rik Peeperkorn İsrailin Qəzzada mülki vətəndaşları hədəf alan hücumları ilə bağlı, "Həyatımda uşaqlar da daxil olmaqla, bu qədər amputasiya hadisəsinin şahidi olmamışam", - deyə bildirib.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının onlayn təşkil etdiyi məlumat toplantısında çıxış edən Rik Peeperkorn İsrailin Qəzzaya hücumu nəticəsində yaralanan mülki şəxslərin vəziyyətini dəyərləndirib.

 

Yaralılar arasında çoxlu travma hadisəsinin olduğunu söyləyən ÜST nümayəndəsi onurğa travmaları, əzilmə yaraları, ciddi yanıqlar, amputasiyalar və uşaqlar da daxil olmaqla, həyatında u qədər amputasiya hadisəsinə şahid olmadığını bildirib.

 

Qeyd edək ki, İsrailin Qəzza zolağında dinc sakinləri hədəf alan hücumları nəticəsində 59 mindən çox insan yaralanıb


İsrailin Qəzza zolağına 95 gündür təşkil etdiyi hücumlarda ən azı 10 mini uşaq, 7 mini qadın olmaqla 23 min 210 fələstinli həlak olub, 59 min 100 nəfər yaralanıb.

 

İsrail qüvvələri tərəfindən humanitar yardımların qarşısının alındığı Qəzza zolağında ilkin ehtiyaclar, eləcə də dərman və sağlamlıq ləvazimatları çatışmazlığı yaşanır, yaralıların müalicəsində böyük çətinliklər var.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev