ÜST-dən Qəzza ilə bağlı bəyanat: Narahatlığımızı ifadə etmək üçün söz tapa bilmirəm
04.12.2023 17:47

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus X sosial media platformasında İsrailin intensiv hücumlarına məruz qalan Qəzzada vəziyyətlə bağlı paylaşım edib.

 

Bu barədə Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir.

 

Məlumatda deyilir: "Şahid olduğumuz vəziyyətlə bağlı narahatlığımızı ifadə etməyə söz tapa bilmirəm."

 

Qebreyesus Qəzzada davam edən qarşıdurma və ağır bombardmanlarla bağlı xəbərlərin dəhşətli olduğunu vurğulayıb.

 

ÜST rəhbəri bildirib: "Dünən komandamız Qəzzanın cənubundakı Nasser Xəstəxanasına baş çəkdi. Xəstəxana tutumundan 3 dəfə artıq olan 1000 xəstəni müalicə edir. Müəssisənin hər küncünü dolduran saysız-hesabsız insan sığınacaq axtarır. Xəstələr ağrıdan qışqırırlar. Bu şərtlər səhiyyə xidmətlərinin göstərilməsi üçün ağlasığmaz dərəcədə qeyri-adekvatdır”.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
Lerik RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU əməkdaşından iki mühüm beynəlxalq nailiyyət: Q1 jurnalında elmi məqalə və ESE-də “Certified member” statusu   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
I Naxçıvan Beynəlxalq Tibb Günlərində aktual mövzularda müzakirələr aparılıb
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib