Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib
27.04.2024 14:38

Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq paytaxtda və respublikanın müxtəlif regionlarında maarifləndirici tədbir və fleşmoblar keçirilir.

 

Nazirlikdən Aztibb.az-a verilən xəbərə görə, Sumqayıt şəhərində təşkil edilən növbəti aksiya görkəmli oftalmoloq- alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunub.

 

Nazirliyin Əziz Əliyev adına Sumqayıt Tibb Kolleci ilə birgə keçirilən tədbirin əsas məqsədi əhali arasında ilk yardım bacarıqlarına yiyələnməsi, eyni zamanda bu sahədə maarifləndirmə işlərinin aparılmasıdır. Budəfəki tədbirdə kollecin müəllim və tələbə heyəti tərəfindən asfiksiya, kliniki ölüm, bədbəxt hadisələr zamanı həyatı təhlükəni ortadan qaldırmaq, həyatı funksiyaların bərpası və digər fövqəladə hallar zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları əyani şəkildə nümayiş etdirilib.

 

Eyni zamanda, maarifləndirici tədbir xəstə və ya yaralının vəziyyətinin pisləşməsinin qarşısını almaq, yaxşılaşmanı asanlaşdırmaq, peşəkar həkim gələnə qədər hadisə yerində yaralıya (xəsarət almış şəxsə) ilk yardımın göstərilməsi bacarıqlarının öyrədilməsi məqsədilə təşkil olunub.

 

 

Tədbir iştirakçılarına görkəmli alim oftalmoloq akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

 

Sumqayıt Tibb Kollecin tələbələri və könüllülərin iştirakı ilə İlk tibbi yardım - ikinci həyata addım” adlı fleşmob təşkil olunub.

 

Fleşmobda kollecin tələbələri tərəfindən akademik Zərifə xanım Əliyevanın doğun gününə həsr olunan 101 rəqəmi vizual olaraq nümayiş etdirilib.

 

Həmçinin “İlk tibbi yardım öyrən - həyat xilas et!” adlı viktorina keçirilib. Sonda qaliblərə müxtəlif hədiyyə və mükafatlar təqdim olunub.

Aksiya zamanı arzu edənlərin arterial təzyiqi və nəbzin tezliyi ölçülüb. Həmçinin kollecin tələbələri mulyaj və insanlar üzərində ürəyin qapalı masajı, süni tənəffüsün verilməsi qaydalarını nümayiş etdiriblər. Bundan əlavə, aksiya iştirakçılarına məlumatlandırıcı bukletlər paylanılıb.

 

Maarifləndirici tədbir şəhər sakinlərinin böyük marağına səbəb olub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev