YAP Xətai rayon təşkilatının Diaqnoz Tibb Mərkəzində yeni ərazi partiya təşkilatı yaradılıb
02.05.2024 12:06

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının Sarayevo küçəsi 38 C ünvanı üzrə yeni ərazi partiya təşkilatı yaradılıb.

 

Diaqnoz Tibb Mərkəzindən Aztibb.az-a bildirilib ki, tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə partiyanın keçdiyi şərəfli yoldan, yeni-yeni hədəflərə doğru inamla irəliləməsindən, cəmiyyətin avanqard qüvvəsi kimi artan nüfuzundan geniş bəhs edib. YAP Xətai rayon təşkilatının sədri yeni yaradılan ərazi partiya təşkilatına fəaliyyətində uğurlar arzulayıb.

 

Daha sonra çıxış edən Diaqnoz Tibb Mərkəzinin baş həkimi Ələddin Cabbarov YAP-ın keçdiyi şərəfli yoldan və yeni ərazi partiya təşkilatının yaranmasının əhəmiyyətindən danışıb. Bildirib ki, tarixi Azərbaycanın müstəqillik tarixi ilə üst-üstə düşən Yeni Azərbaycan Partiyası ölkəmizin keçdiyi yolun bələdçisi olmaqla yanaşı, uğurlarımıza verdiyi töhfələri ilə diqqətdədir. Heydər Əliyev yolu Azərbaycanı, yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasını daim zirvələrə aparır. Tarixi Zəfərimiz əldə olunan uğurların zirvəsidir.

 

Digər çıxış edənlər Yeni Azərbaycan Partiyasının yarandığı gündən ona göstərilən etimadı doğrultduğunu bildiriblər.

 

Sonda təşkilatı məsələyə baxılıb. Rəvanə Bağırova yeni yaradılan Sarayevo küçəsi 38 C ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Sədaqət İsmayılova sədr müavini seçiliblər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev