Azərbaycan nümayəndə heyəti ÜST-nin Universal Tibbi Təminat üçün Səhiyyənin Maliyyələşdirilməsi üzrə Barselona Kursunda iştirak edib
12.12.2023 14:04
ÜST-nin Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə Azərbaycan nümayəndə heyəti Ümumdünya Səhiyyə Təşkilatının Universal Tibbi Təminat (UTT) üçün Səhiyyənin Maliyyələşdirilməsi üzrə Barselona Kursunda iştirak edib.
 
Bu barədə Aztibb.az-a ÜST-nin Azərbaycandakı Nümayəndəliyindən xəbər verilib.
 
ÜST-nin Barselona Səhiyyə Sistemlərinin Maliyyələşdirilməsi Ofisi, Avropa İttifaqı və İspaniyanın Kataloniya Hökuməti tərəfindən dəstəklənən bir həftəlik intensiv kursun məqsədi qərarverici şəxsləri UTT üçün səhiyyə sistemlərinin maliyyələşdirilməsini gücləndirməklə bağlı məlumatlandırmaq idi.
 
Kurs 2011-ci ildə istifadəyə verildiyi vaxtdan dünya üzrə 1000-dən çox mütəxəssis bu kursu bitirib. Kurs, ölkələr arasında səhiyyə maliyyələşməsindəki dəyişikliklər, səhiyyə sistemlərində səmərəliliyin artırılması və resurs məhdudiyyətlərinə baxmayaraq xidmətlərə əlçatanlığın təmin edilməsi də daxil olmaqla əsas problemlərin həllinə dəstək göstərir.
 
Kursun yekununda həyata keçirilən poster müsabiqəsində 30-dan çox ölkənin arasında Azərbaycan nümayəndə heyəti birinci yeri qazanıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev