"İSAH: epidemioloji müşahidə və səbəb-nəticənin qiymətləndirilməsində müasir yanaşmalar" adlı seminar keçirilir
12.10.2023 14:04
Oktyabrın 11-də biz Avropa İttifaqının maliyyə dəstəyi ilə "İmmunizasiyadan sonrakı arzuolunmaz hallar (İSAH): epidemioloji müşahidə və səbəb-nəticənin qiymətləndirilməsində müasir yanaşmalar" adlı üç günlük seminar keçirilib.
 
ÜST-nin Azərbaycan Nümayəndəliyindən Aztibb.az-a bildirilib ki, tədbir peyvəndin təhlükəsizliyini artırmağa, ölkədaxili potensialı gücləndirməyə və immunizasiyadan sonra ciddi arzuolunmaz hallarla bağlı effektiv kommunikasiyanın təmin olunmasına əhəmiyyətli təsir göstərmək məqsədi daşıyır.
 
Seminarda açılış nitqi ilə çıxış edən ÜST-nin Azərbaycandakı Ofisinin rəhbəri Hande Harmancı qeyd edib ki, İSAH-nin epidemioloji müşahidəsi immunizasiya proqramının mühüm istiqamətlərindən biridir: “Əminəm ki, seminar müddətində əldə edilən məlumatların köməyi ilə tərəfdaşlarımız Azərbaycanda İSAH üzrə güclü epidemioloji nəzarət sistemi yarada biləcəklər”.
 
Qeyd edək ki, immunizasiya proqramları, dərman vasitələri üzrə milli tənzimləyici orqanlar, ilkin tibbi yardım və xəstəxana xidmətlərinin təminatçıları, İSAH-nin səbəbləri və təsnifatının icmalı ilə məşğul olan milli ekspertlər, həmçinin tibb təhsili proqramları üzrə mütəxəssislər də daxil olmaqla 40-a yaxın iştirakçıya tədbir müddətində ÜST-nin Avropa üzrə Regional Ofisi tərəfindən təlim keçirilməsi davam edəcək.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub