ATU-nun dosenti Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri doktoru elmi dərəcəsini alıb
08.06.2022 10:47

Azərbaycan Tibb Universitetinin (ATU) Yoluxucu xəstəliklər kafedrasının dosenti, Tədris Cərrahiyyə Klinikasının şöbə müdiri Sədrəddin Abdulla oğlu Atakişizadəyə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri doktoru elmi dərəcəsi verilib.

 

Aztibb.az-ın məlumatına görə, o, "Cərrahi klinikalarda xəstəxanadaxili infeksiyaların etioloji strukturu və risk amilləri" mövzusunda dissertasiya işini ötən ilin may ayında müdafiə edib.

 

Tədqiqat işi hazırda tibbin aktual problemlərindən biri olan xəstəxanadaxili infeksiyaların etiologiyasına həsr olunub. Tədqiqat nəticəsində cərrahi klinikalarda rast gəlinən pnevmoniyaların cərrahi müdaxilə nahiyəsi infeksiyalarının, sidik yolları infeksiyalarının və septiki infeksiyaların etioloji strukturunun dominant törədiciləri aşkarlanıb, onların antimikrob preparatlara həssaslığı, rezistentliyi və rezistentlik mexanizmi müəyyən edilib, xəstəxanadaxili infeksiyaların risk amilləri öyrənilib.

 

Praktiki həkimlərə xəstəxanadaxili infeksiya törədiciləri sırasında dominantlığı ilə seçilən ştamların əksər antibiotiklərə qarşı davamlı olmasının nəzərdə saxlanılması tövsiyə edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub