Şəhid və qazi ailələrinin üzvləri müxtəlif tibb müəssisələrində işlə təmin olunurlar
07.06.2022 14:33
Ölkə başçısının göstərişinə əsasən, Respublikamızda şəhid və qazi ailələrinə diqqət və qayğı məsələləri prioritet məsələr sırasına daxildir.
 
Bunun bariz nümunəsi olaraq TƏBİB-in Bakı Baş Səhiyyə Mərkəzinin tabelindəki müxtəlif tibb müəssisələrində Qarabağ müharibəsi iştirakçıları olan şəhid və qazi ailələrinin üzvlərinin işlə təmin olunması prosesi həyata keçirilir. Belə ki, şəhid və qazi ailələrinin üzvlərinin vaxtaşırı işlə təminatı məsələlərinə baxılır, onlara ixtisaslarına uyğun müvafiq iş təklifləri edilir və müxtəlif tibb müəssisələrində işlə təmin olunurlar.
 
Belə ki, daha beş nəfər İkinci Qarabağ müharibəsi qazisinin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidimizin ailə üzvləri müvafiq olaraq Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan 10 və 12 saylı şəhər, 20 və 16 saylı uşaq poliklinikalarında, həmçinin 30 nömrəli ambulatoriya tibb müəssisəsində öz ixtisaslarına uyğun həkim-pediatr, tibb bacısı və sanitar qadın vəzifələrinə təyin edilmişdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib