“Narkomaniyaya yox deyək!” - Maarifləndirici tədbir 
07.06.2022 12:40

Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə “Gələcəyimizi bir yerdə qoruyaq, narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirilib.

 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinın (İSİM) rəsmi instaqram səhifəsində bildiririlir ki, onlayn formada təşkil olunan tədbirdə Sabirabad rayon Babək Rəhimov adına tam orta məktəbin müəllim-şagird heyəti və valideynlər iştirak edib. Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova çıxış edərək maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.

 

İSİM-in şöbə müdirinin müavini Ülkər Camalova narkomaniyanın fəsadlarından, insan sağlamlığına və həyatına göstərdiyi mənfi təsirlərdən danışaraq iştirakçıları zərərli vərdişlərdən uzaq olmağa çağırıb.

 

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara ətraflı cavab verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib