“Yod qəbul edək, autizmə yox deyək” adlı tədbir keçirilib
06.06.2022 17:54

Yod orqanizmdə vacib rol oynayan elementlərdən biridir. Orqanizm yodu sintez edə bilmədiyinə görə ona olan tələbatı qidalar vasitəsi ilə ödənilir. Yod atmosfer yağıntıları vasitəsilə torpağa və suya hopur, onun funksiyası qalxanvarı vəzin hormonlarının sintezini tənzimləməkdir. Orqanizmdə yoda olan gündəlik tələbat 100-150 mikroqramdır. Yodla zəngin olan qida məhsulları feyxoa, treska balığı, lobya, ət, yumurta, buğda unu, kələm, yağ, qaraciyər, çuğundur, kök, süd və kartofdur. Xüsusilə, dəniz kələmində olan orqanik yod yaxşı həzm olunur və uzun müddət orqanizmdə qalır.

 

Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə “Yod qəbul edək, autizmə yox deyək” adlı tədbirdə bu barədə danışılıb.

 

Fizioloq, fəlsəfə doktoru Rəşid Mahmudov orqanizmdə yod çatışmazlığının səbəb olduğu sağlamlıq problemləri barədə məlumat verib. Qeyd olunub ki, yodun lazımi miqdarda olmaması endemik ur, hipotireoz, baş-beynin funksiyasının pozulması, yaddaş, eşitmə və görmə qabiliyyətinin zəifləməsi, apatiya, konyunktivit, qəbizlik, dəri və selikli qişalarda quruluqlar, arterial təzyiqin azalması, ürəkdöyünmənin zəifləməsi, saçın tökülməsi, enerji çatışmazlığı kimi fəsadlar yaradır.

 

Fizioloq, xüsusilə hamilələrdə yod çatışmazlığı əlamətinin aparıb çıxardığı dölün inkişaf qüsurları, düşüklər, anadan doğulan uşaqda hipotiroidizm problemi, dünyaya gələn körpələrdə böyük dil, əmgəyin ölçülərinin böyük olması, uşaqlarda boyun uzanmasında durğunluq, inkişafın zəifləməsi, məktəbyaşlı uşaqlarda öyrənmə və əzbərləmədə çətinlik, dərslərdən geri qalma hallarına səbəb olduğunu bildirib. Onun dediyinə görə, yod çatışmazlığının qarşısını almaq üçün qida rasionuna dəniz məhsulları, qırmızı ət, toyuq əti, qoz, eləcə də digər çərəzlər, taxıllar, süd və süd məhsulları, yumurta, çiyələk, banan, yodlaşdırılmış duz daxil edilməlidir.

 

Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib