Bakı Sağlamlıq Mərkəzi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əməkdaşlıq edəcək
04.06.2022 15:23

3 iyun 2022-ci il tarixində Bakı Sağlamlıq Mərkəzi və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı açılış nitqi ilə çıxış edərək, ölkənin aparıcı təhsil və səhiyyə sahəsinin iştirakçıları olan müəssisələr arasında tərəfdaşlıq memorandumunun imzalanmasının önəmini vurğulayıb, əməkdaşlığın hədəfləri ilə bağlı gözləntilərini və planlanan nəticələrin müzakirəsi ilə bağlı fikirlərini bölüşüb.

 

Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov ölkənin aparıcı təhsil ocaqlarından olan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə tərəfdaşlıq memorandomu imzalamaqlarından məmnun olduqlarını, sənədin həm təhsil, həm də səhiyyə sahəsində yeniliklərə imza atmaqla bağlı qarşıya ciddi hədəflər qoyduğunu bildirib.


Tədbirin ikinci hissəsində Bakı Sağlamlıq Mərkəzinin həkim radioloqları İlham Kazımov və Nuridə Tağıyevə tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Biotexniki Mühəndislik fakultəsinin tələbələrinə şüa diaqnostika sahəsində istifadə olunan cihazlar, onların ən son texnoloji nəaliyyətləri və yenilikləri barədə seminar keçirilmişdir.

 

Memorondumdan irəli gələrək işləniləcək layihələrin detalları barədə ətraflı məlumat ictimaiyyətlə bölüşüləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub