Şəkidə “Ginekoloji və pediatrik problemlərə multidissiplinar yanaşma” mövzusunda regional konfrans keçirilib
04.06.2022 10:53

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən 3 iyun 2022-ci ildə “Ginekoloji və pediatrik problemlərə multidissiplinar yanaşma” mövzusunda regional konfrans keçirilib.  


Aztibb.az xəbər verir ki, konfransda Şəki, Zaqatala, Balakən, Qəbələ, Mingəçevir, Ağdaş, Göyçay və İsmayıllıda çalışan həkim mama-qinekoloq, pediatr, neonatoloq və ailə həkimləri iştirak ediblər.

 

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktor müavini Rahib Məmmədov giriş sözü ilə çıxış edərək bildirib ki, tədbirin məqsədi mama-ginekoloji xidmətinin keyfiyyətinin artırılması, doğuşayardım müəssisələrində çalışan tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin yüksəltməsi və praktiki bacaraqlarını təkmilləşdirməsidir.

 

K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitunun direktor müavini, neonatoloq Azər Əhmədov, İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Mamalıq və ginekologiya şöbəsinin müdiri, professor İslam Maqalov, neonatoloqlar - Lalə Nəzərova, Yalçın Mirzəyev, tibb üzrə fəlsəfə doktoru Samirə Tağıyeva, K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitunun kiçik elmi isçisi, pediatr Aynur İsmayılova, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının dosenti Sənubər Vəliyeva, süni mayalandırma üzrə uzman Kamal Niftiyev, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitunun Neonatologiya şöbəsinin elmi işçisi, həkim-neonatoloq Lalə Rzayeva çıxış ediblər. İştirakçılara neonatal multisistem inflamator sindrom, PAS (Placenta accreta spektrum) və qeysəriyyə çapığının digər fəsadları, yenidoğulmuşlarda sarılıqlarda izləm, yuvenil qanaxmalar, diafraqma yırtıgı olan yenidoğulmuşlara yanaşma və digər aktual mövzularda ətraflı məlumat verilib, suallar cavablandırılıb.

 

Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunmuş və 6 DTT kredit balı ilə qiymətləndirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub