Mərkəzi Gömrük Hospitalı beynəlxalq mükafata layiq görülüb
03.06.2022 21:29
İyunun 3-də “Medical Media” şirkətinin təşkilatçılığı ilə Azərbaycanın ilk ixtisaslaşmış tibb kanalı SƏHİYYƏ TV-də mükafatların təqdimatı mərasimi keçirilib. “Türk dünyası tibbinə xidmətə görə” mükafat Türkiyənin Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Gömrük Hospitalına təqdim edilib.
 
Mükafatlandırma mərasimində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi rəisinin müavini dosent İsmayıl Əfəndiyev və Hospitalın rəis müavini Rəna Qasımova iştirak ediblər. Dr.Rəna Qasımova tədbirin təşkilatçılarına təşəkkürünü bildirib və qeyd edib ki, COVID-19 pandemiyası dövründə Mərkəzi Gömrük Hospitalı pandemiya xəstəxanası kimi fəaliyyət göstərərək, kovidli xəstələrin müalicəsində uğurlar qazanmışdır.
 
Tədbirdə Rusiyanın məşhur “Jit zdorovo” (“Yaşamaq gözəldir”) verilişinin tanınmış aparıcısı, tibb elmləri doktoru, professor Yelena Malışeva da iştirak edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub