TƏBİB və Başkənd Universiteti arasında əməkdaşlıq əlaqələri müzakirə olunub  
03.06.2022 21:28

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Başkənd Universitetinin qurucusu və rektoru, Dünya Orqan Transplantasiyası Dərnəyinin prezidenti, akademik Mehmet Haberalla görüşüb.

 

TƏBİB-dən Aztibb.az-a verilən xəbərə görə, görüşdə Başkənd Universitetinin Baş koordinatoru Fəyyaz Atıkoğlu, Medservis Özəl Tibb Mərkəzinin direktoru Hikmət İsmayılov, TƏBİB-in aidiyyəti struktur bölmə rəhbərləri iştirak ediblər.

 

Görüşdə birgə təcrübə mübadiləsi, tibbi personalın bilik və bacarıqlarının artırılması üçün effektiv kursların təşkili, tibb işçilərinin tədqiqatlara təşviq olunması, əməkdaşlıq memorandumunun imzalanması və sair kimi məsələlər müzakirə olunub.

 

Vüqar Qurbanov dünyaşöhrətli alimi TƏBİB-də görməkdən məmnunluğunu ifadə edib. O, Azərbaycanda tibbi xidmətin keyfiyyətinin artırılması, səhiyyə sistemində yeni təmayüllərin yaradılması üçün belə görüşlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, tibbi xidmətin təşkili üzrə vətəndaş məmnunluğunun artırılmasında Türkiyə təcrübəsinin əhəmiyyətli rol oynadığını bildirib.

 

Mehmet Haberal isə öz növbəsində rəhbərlik etdiyi Başkənd Universitetinin qardaş ölkənin səhiyyə sisteminə töhfə verməkdən məmnun olacağını ifadə edib. M.Haberal tibbi personal üçün təcrübi təlimlərin keçirilməsində yaxından iştirak edəcəklərini və bütün mümkün dəstəyi göstərəcəklərini bildirib.

 

Daha sonra tərəflər arasında qarşılıqlı əməkdaşlıq imkanları barədə geniş fikir mübadiləsi aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub