"Şəkərli diabetin diaqnostikası" mövzusunda seminar keçirilib
03.06.2022 10:04
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyeva və həkim-rezidentlərinin iştirakı ilə "Şəkərli diabetin diaqnostikası" mövzusunda seminar keçirilib.
 
Tədris Terapevtik Klinikasından verilən məlumata görə, tədbirdə çıxış edən klinikanın həkim-endokrinoloqu, tibb üzrə fəlsəfə doktoru, dosent Məşədiyeva-Bayramova Səbinə xəstəlik və onun diaqnostikası haqqında ətraflı məlumat verib.
 
Şəkərli diabetin yayılmasından danışan məruzəçi qeyd edib ki, hazırda dünyada 480 milyondan çox şəkərli diabet xəstəsi var.
 
Onun sözlərinə görə, xəstəliyin əhali arasında yayılmasını sıralasaq birinci yer Skandinaviya ölkələrinin payına düşür: "Onlardan sonra ABŞ, Qərbi Avropa ölkələri, daha sonra Şərqi Avropa və MDB ölkələridir. Xəstəliyin yayılmış spesifik tiplərinə görə isə xüsusi yeri uzaq Şərq ölkələri və Şərqi Asiya tutur".
 
S. Məşədiyeva bildirib ki, 40 il əvvəl MDB ölkələrində əhalinin 1%-i şəkərli diabetə tutulmuşdursa, hazırda əhalinin 6-7%-i şəkərli diabet xəstəsidir. Hər aşkar formaya iki gizli forma uyğun gəlir. Bütün xəstələrin ümumi sayını götürsək onların 90%-ni tip 2 şəkərli diabet xəstələri təşkil edir, 10%-ni isə tip 1 şəkərli diabet xəstələri təşkil edir.
 
Şəkərli diabetin ilkin müayinələrindən danışan həkim bunu əsaəsən acqarına şəkərin qanda təyini, oral qlükozotolerant testin aparılması, qlikolizə olunmuş hemoqlobinin təyini (HbA1c), qanda C-peptidin və immunoreaktiv insulinin (İRİ) təyini olduğunu bildirib.
 
Bundan əlavə, o, şəkərli diabetin əlamətlərindən də danışıb: "Xəstəliyin əlamətləri əsasən bunlardır: Ağızda daimi quruluq, susuzluq hissi, sidiyə tez-tez getmə, aclıq hissi, arıqlama, zəiflik, yuxu pozulması, dəri quruluğu, dəridə irinli sızanaqlar, sağalmayan yaralar, əzələ ağrıları, zəifliyi, gecə tərləmələri və s."
 
Seminarın sonunda klinikanın həkim-rezidentlərilə birgə mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib