Gömrük Hospitalının mama-ginekoloqu XIV Türk Alman Ginekoloji konfransında iştirak edir
03.06.2022 09:43
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu Nərmin Muradova 28 may - 3 iyul 2022-ci il tarixlərində Türkiyənin Antaliya şəhərində keçirilən XIV Türk Alman Ginekoloji konfransında iştirak edir. Konfransda mama-ginekologiya sahəsi üzrə son yeniliklər, sonsuzluq üzərində aparılan son tədqiqatlar və alınmış nəticələrin statistikası, ultrasəs vasitəsilə müəyyən olunmuş patoloji və normal hallar arasındakı fərq və digər məsələlər müzakirə olunub.
 
Aztibb.az xəbər verir ki, konfransda dünyanın aparıcı ölkələrinin mütəxəssisləri tərəfindən “Diaqnostik laparoskopiya olmadan endometriozu necə təyin etmək olar?”, “Yumurtalıq ehtiyatını artıran endometriomaların müalicəsi”, “Yüksək Riskli Hamiləlik”, “Ana ölümlərinin azaldılması” və digər mövzularda təqdimatlar edilib.
 
Həmçinin, yerli və beynəlxalq mütəxəssislər perinatal təbabət sahəsində beynəlxalq və yerli təcrübə, ginekoloji xəstəliklərin müalicəsi sahəsində müasir yeniliklər, ginekoloji laparoskopik əməliyyatlar zamanı baş verən fəsadlar, çanaq dibi defektlərinin cərrahi müalicəsi, yenidoğulmuşlarda lobar emfizema və digər mövzularda konfrans iştirakçılarına ətraflı məlumat veriblər. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib