AQTA-da Milli qida təhlükəsizliyinə nəzarət sisteminin qiymətləndirilməsi ilə bağlı seminar keçirilib
02.06.2022 17:33
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) “Azərbaycanda qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” mövzusunda seminar keçirilib. Seminar “Ərzaq və Kənd Təsərrüfatı üzrə FAO-Türkiyə Tərəfdaşlıq Proqramı”na (FTPP II) əsasən maliyyələşdirilən “Milli qida təhlükəsizliyi sistemlərinin və regional əməkdaşlığın təkmilləşdirilməsi” layihəsi çərçivəsində təşkil olunub.
  
Aztibb.az-ın əldə etdiyi məlumata görə, AQTA, Kənd Təsərrüfatı və Səhiyyə nazirlikləri, Dövlət Gömrük Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və digər maraqlı tərəflərin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə FAO və Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən birgə hazırlanmış “Qida təhlükəsizliyinə nəzarət sisteminin qiymətləndirilməsi aləti” konsepsiyası haqda ətraflı məlumat verilib. Bildirilib ki, sözügedən konsepsiya milli səviyyədə qida nəzarət sistemlərinin effektivliyinin müəyyənləşdirilməsi və təkmilləşdirilməsində üzv ölkələrə kömək etmək məqsədi daşıyır. Azərbaycanda da tətbiqi nəzərdə tutulan konsepsiya beynəlxalq təcrübəyə əsaslanaraq, mövcud qida təhlükəsizliyinə nəzarət sisteminin qiymətləndirilməsi yolu ilə bu sahənin inkişafı üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsinə imkan verəcək.
 
Seminara qoşulan FAO ekspertlərinin mövzu ilə bağlı geniş təqdimatından sonra qida təhlükəsizliyinə nəzarət sahəsində metodologiya, beynəlxalq təcrübə ətrafında fikir mübadiləsi aparılıb, qiymətləndirilmə prosesinin həyata keçirilməsində Azərbaycan üçün konkret məqsədlər, gözlənilən nəticələr və tərəflərin icra öhdəlikləri müzakirə olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib