İSİM-in nümayəndəsi Qlobal Sülh Sammitində çıxış edib
02.06.2022 14:43
Bakıda 29 may - 1 iyun 2022-ci il tarixlərində Qlobal Sülh Zənciri təşkilatı tərəfindən təşkil olunan Qlobal Sülh Sammiti keçirilib.
 
Aztibb.az xəbər verir ki, ünyanın 35-dən çox ölkəsindən Bakıya toplanmış gənclər dünyadakı olan qlobal problemləri, müharibədən sonra yaranan sülh imkanları və şəxsi sülh təşəbbüsləri barədə fikirlərini bildirdilər, panel diskussiyalarda iştirak ediblər.
 
Qlobal Sülh Zənciri (Global peace chain) dünyanın tanınmış qeyri-hökumət təşkilatlarından biridir və məqsədi gənclər, diplomatlar, səfirlər, nüfuzlu icma qrupları, icma əsaslı təşkilatlar vasitəsilə dünyada tolerantlıq, inklüzivlik və sosial sülhün qurulması mədəniyyətini inkişaf etdirməkdir. Bundan əvvəl sammitə İstanbul, Dubay kimi şəhərlər ev sahibliyi edib.
 
Açılış mərasimində təsisçilərdən sonra Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) nümayəndəsi Aysel Məmmədzadə geniş təqdimatla çıxış edərək bildirdi ki, sülh yalnız müharibələrin olmaması deyil, cəmiyyətdə, ətraf mühit və dünyada harmoniya vəziyyətinin olmasıdır: “Bu il 31 may – Ümumdünya Tütünsüz Gününün şüarı tütün ətraf mühit üçün təhlükədir. Tütünçəkmə zərərli vərdiş olmaqla yanaşı, ətraf mühitə, təbiətə ziyan vurur, harmoniyanı pozur”. O, Səhiyyə Nazirliyi və İSİM tərəfindən görülən işlər, əhali arasında keçirilən maarifləndirmə tədbirləri barədə ətraflı danışaraq, tütündən imtina üzrə qaynar xəttin fəaliyyəti, eləcə də bu istiqamətdə hazırlanaraq əhalinin ixtiyarına verilən mobil tətbiqlər haqqında məlumatı qonaqların nəzərinə çatdırıb.
 
Aysel Mammədzadənin sülh konsepsiyası, eləcə də təqdimatı, səhiyyə işçiləri və ictimai səhiyyə mütəxəssisləri tərəfindən ölkəmizdə həyata keçirilən maarifləndirici tədbirlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub