Xarici ölkədə təhsil almış 31 həkim Bakı və Sumqayıtdakı dövlət tibb müəssisələrində işə qəbul olunub
02.06.2022 11:05

Tibb müəssisələrində kadr çatışmazlığını aradan qaldırmaq və vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətini artırmaq məqsədilə xaricdə təhsil almış 31 həkim-mütəxəssis Bakı və Sumqayıt şəhərlərində yerləşən tibb müəssisələrində işə qəbul olunub. İşə qəbul prosesi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən icra olunan “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” çərçivəsində təşkil olunub.

 

İşə cəlb olunanlar Türkiyə Respublikasında təhsil almış və əsasən pediatrik, terapevtik, cərrahi və radioloji profillər üzrə ixtisaslaşmış həkimlərdir. Sözügedən mütəxəssislər TƏBİB-in tabeliyindəki tibb müəssisələrində işlə təmin olunublar. Həkim-mütəxəssislər, eyni zamanda xarici təcrübənin, müasir müayinə-müalicə metodlarının yerli kadrlara öyrədilməsini, həkimlərin nəzəri bilik və praktik vərdişlərinin yaxşılaşdırılmasını həyata keçirəcəklər.

 

Qeyd edək ki, mövcud vakansiyalar üzrə ümumilikdə 103 nəfər müraciət edib. Namizədlər arasında cərrahiyyə, terapiya, pediatriya, mamalıq-ginekologiya, anesteziologiya və reanimotologiya ixtisasları üzrə təhsil almış mütəxəssislər çoxluq təşkil edib. Mütəxəssislərə eyni vaxtda 3 tibb müəssisəsinə müraciət etmək imkanı verilib.

 

Ölkə xaricində oxuyan həkimlərin işə qəbul prosesi 2 mərhələdə həyata keçirilib. Birinci mərhələdə elanda göstərilən sənədləri tam təqdim edən şəxslər seçdikləri bir və ya bir neçə tibb müəssisəsinin müvafiq komissiyasının qəbulunda iştirak edib.

 

Bu mərhələdən müvəffəqiyyətlə keçən namizədlər Agentliyin Komissiyasının qəbuluna göndərilib. Namizədlərin qiymətləndirilməsi 6 meyara əsasən aparılıb. Bunlara iş təcrübəsi, yüksək reytinqli ali təhsil müəssisəsində təhsil, müasir cihaz və prosedurlarla işləmə bacarığı, ixtisasartırma təhsili, elmi dərəcə və elmi ad, habelə beynəlxalq konfranslarda iştirak daxildir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub