“Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupunun ilk iclası keçirilib  
01.06.2022 22:52

Səhiyyə Nazirliyində “Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupunun ilk iclası keçirilib.

 

Səhiyyə sisteminin əsas iştirakçılarının qatıldığı iclası giriş sözü ilə səhiyyə naziri Teymur Musayev açıb.

 

O, səhiyyə sektorunun davamlı inkişafının təmin edilməsinin Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu bildirib.

 

Bu baxımdan, dövlət başçısının bununla bağlı imzaladığı fərmanda səhiyyə və tibbi sığorta sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, şəffaflığın və hesabatlılığın artırılması, rəqəmsal səhiyyənin inkişaf etdirilməsi prioritet istiqamətlər olaraq müəyyən olunub.

 

Sonda tapşırıqların icrası məqsədilə hazırlanmış nəticəyönümlü Fəaliyyət Planı iclas iştirakçılarının diqqətinə təqdim edilib və növbəti iclasda fərmanda nəzərdə tutulduğu kimi, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə geniş tərkibdə əsas komponentlərin müzakirəsinə qərar verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub