Bu il reabilitasiya müəssisələrində 3300-dən çox uşağa xidmətlər göstərilib
01.06.2022 17:43

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində bu il 3300-dən çox uşağa xidmətlər göstərilib.

Aztibb.az Reabilitasiya Agentliyinə istinadla xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində bu ilin ötən dövründə sağlamlıq imkanları məhdud 3338 uşağa xidmət göstərilib.

Müasir tələblərə uyğun qurulan həmin müəssisələrdə uşaqlar müxtəlif fizioterapevtik prosedurlara cəlb edilir, onların sosial, tədris-peşə yönümlü reabilitasiyası üçün işlər aparılır.

Bakı və ətraf ərazilərdə yaşayan uşaqların Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırılması, uşaqların reabilitasiya xidmətlərinə əlçatanlığını artırmaq üçün Agentlik tərəfindən bu günlərdə “Reabilitasiya avtobusu” xidməti də yaradılıb.

Bu kateqoriyadan olan uşaqların ehtiyaclarına uyğun reabilitasiya vasitələri ilə təminatı işləri də davam edir. Cari ildə sağlamlıq imkanları məhdud 1061 nəfər uşağa 2173 reabilitasiya vasitəsi verilib.

Ötən il Qəbələ rayonunda da Uşaq Reabilitasiya Mərkəzi istifadəyə verilib və hazırda Agentliyin Bakı və Qəbələdə 3 uşaq reabilitasiya müəssisəsi fəaliyyət göstərir.

Cari ildə Şəmkir rayonunda da Uşaq Reabilitasiya Mərkəzinin açılması planlaşdırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub