Vüqar Qurbanov uşaqların müalicə şəraiti ilə tanış olub
01.06.2022 14:44
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda olub. İlk olaraq İnstitutun Təcili yardım, Yenidoğulmuşların patologiyası, Anesteziologiya və İntensiv terapiya, həmçinin Reanimasiya və İntensiv terapiya şöbələrində görülən işlərlə tanışlıq olub.
 
Aztibb.az xəbər verir ki, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev institutdakı şərait, görülən işlər, müalicə alan uşaqlar və mövcud çətinliklərlə bağlı məlumat verib.
 
Bildirilib ki, institutda 250 çarpayılıq 10 klinik şöbə, 6 elmi bölmə və bir çox paraklinik bölmələr fəaliyyət göstərir. 50 çarpayılıq Yenidoğulanların reanimasiya və intensiv terapiyası şöbəsi respublika üzrə mərkəz funksiyasını yerinə yetirir.
 
Daha sonra Vüqar Qurbanov İnstitutda müalicə alan II Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Bəhruz İsgəndərovun qızı Mədinə İsgəndərovanın vəziyyəti və müalicəsi ilə maraqlanıb, həmçinin Reanimasiya və yarımçıqdoğulmuşlar bölmələrində müalicə alan uşaqlara baş çəkib.
 
Eyni zamanda, V.Qurbanov valideyn himayəsindən məhrum olmuş və uşaq sığınacağında məskunlaşmış, Elmi-Tədqiqat Pediatriya İnstitutunda sünnət edilən uşaqları ziyarət edib.
 
Sonda xidmət keyfiyyətinin artırılması üçün müvafiq tapşırıq və tövsiyələr verilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib