Tibb Universitetinin əməkdaşları beynəlxalq konqresdə iştirak ediblər
01.06.2022 14:12
Azərbaycan Tibb Universitetinin (ATU) nümayəndələri Türkiyənin Samsun şəhərində keçirilən XII Ümummilli Tibb Təhsili Konqresində iştirak ediblər. Tədbirə ATU-nun elmi katibi Nazim Pənahov, Tədris şöbəsinin müdiri Kamandar Yaqubov, I Müalicə-profilaktika fakültəsinin dekanı Elşad Novruzov, həmçinin müxtəlif kafedraların təmsilçiləri qatılıblar.
Aztibb.az ATU-ya istinadla xəbər verir ki, mayın 19-22-də keçirilən konqresin məqsədi tibb və sağlamlıq elmləri üzrə müəllimlərin və növbəti layihələrdə təlimçi kimi iştirak edəcək şəxslərin bilik və bacarıqlarının artırılmasına yardım etməkdən ibarət olub. Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə baş tutan tədbirdə bu qurumun ölkəmizdəki nümayəndəsi Hande Harmancının moderatorluğu ilə Azərbaycanda tibb elmləri sahəsindəki son yeniliklərə həsr olunmuş xüsusi panel sessiya keçirilib.
Konqresə “Azərbaycanda Tibb və Sağlamlıq elmlərini tədris edən mütəxəssislərin təhsilindəki dəyişikliklər” mövzusu ilə əlaqədar 8 poster və 3 məruzə təqdim olunub. Eyni zamanda, ATU-nun Tibbi mikrobiologiya və immunologiya kafedrasının dosenti Samir Cavadov “Azərbaycanda Tibb və sağlamlıq elmlərinin tədrisi” mövzusu ilə çıxış edib. Tədbirdə tibb təhsilində dəyişikliyin istiqamətləri, liderlik təcrübələri, dəyişim mühiti, dövlət standartları və s. kimi mövzularda məruzələr dinlənilib.
Qeyd edək ki, konqresdə Azərbaycan Tibb Universitetinin əməkdaşları ilə yanaşı Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, 1 və 2 saylı Baza Tibb Kollecləri və Gəncə Tibb Kollecinin nümayəndələri də iştirak ediblər.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

