İnsanı ürək xəstəliklərindən qoruyan, dərini cavan saxlayan möcüzəvi ÇAY
16.09.2020 10:39

İtburnu çayının müntəzəm surətdə qəbulu insan sağlamlığına çox müsbət təsir edir.

 

Bu haqda Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin mütəxəssisləri məlumat veriblər.

 

İtburnu çayı ürək xəstəliklərinin 2 əsas faktoru olan xolesterin və triqliseridlərin səviyyəsini aşağı salır.

 

Həmçinin itburnu flavonoidlərlə zəngindir. Flavonoidlər yüksək təzyiqi aşağı salır, qan dövranını yaxşılaşdırır. İtburnu qanda şəkərin və insulinin səviyyəsini normallaşdırır, bununla da insanı 2-ci tip diabetdən qoruyur.

 

Mütəxəssislərin fikrinə görə, itburnu çayı piylənmənin də əla profilaktikasıdır. Tilirozid antioksidantı sayəsində itburnu piylərin parçalanmasını sürətləndirir.

 

Bu çay dəriyə də çox müsbət təsir edir, onu cavan saxlayır, gün şüalarının dəriyə olan mənfi təsirini azaldır.

 

Onu hazırlamaq üçün 1 xörək qaşığı itburnu meyvəsi üçün 1 stəkan qaynar su götürülür. İtburnu meyvələrini dəmləməzdən əvvəl həvəngdəstə ilə yaxşı əzmək lazımdır. Çay axşamdan termosda dəmlənməli, səhər isə bir neçə dəfə steril tənzifdən süzülməlidir. Bu, çox vacibdir. Məsələ burasındadır ki, itburnunun içərisində kiçik tükcüklər var ki, bu tükcüklər mədə-bağırsaq sisteminə düşdükdə, onu qıcıqlandıra bilər.

 

İtburnu çayını gün ərzində 2-3 dəfə 1/2 stəkan (100 ml) olmaqla qəbul etmək olar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib