Mərkəzi Gömrük Hospitalı 1 iyun Uşaqların Müdafiəsi Gününə həsr edilmiş tibbi aksiya keçirib
01.06.2022 11:35
Dövlət Gömrük Komitəsinin Tibb Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində Mərdəkan qəsəbəsində yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2№-li ümumi orta internat məktəbində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş tibbi aksiya keçirilib.
Aztibb.az-a Hospitaldan verilən məlumata görə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev tədbiri giriş sözü ilə açaraq deyib: “Hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Prezident İlham Əliyev uşaqların sağlam və xoşbəxt böyüməsinə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşır. Bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların problemlərinin həllinə xüsusi diqqət yetirir. O, dahi şəxsiyyətin uşaqlarla bağlı xeyirxah ənənələrini davam etdirir və uğurla həyata keçirir. Uşaqlar üçün yaradılan imkanlar genişləndirilir”.
İsmayıl Əfəndiyev çıxışında qeyd edib ki, uşaqların sağlamlıqlarının qayğısına qalmaq Hippokrat andı içmiş hər bir həkimin borcudur. O, çıxışının sonunda aksiyada iştirak edən uşaqları təbrik edib, onlara möhkəm cansağlığı, xoşbəxt və firavan həyat arzu edib.
Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2№-li ümumi orta internat məktəbinin direktoru Dilarə Məşədiyeva Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının rəhbərliyinə tibbi aksiyada iştirak edən tibb işçilərinə bu tibbi aksiyanı keçirdiklərinə təşəkkürünü bildirib.
Tibbi aksiyada Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova, Poliklinika şöbəsinin rəisi, kardioloq Tamilla Əliyeva, Travmatologiya şöbəsinin rəisi, travmatoloq Ramin Rzayev, həkim psixiatr İradə Ramazanova, həkim-pediatrlar – Təranə Göyüşova, Fərəh Vahabova, Nigar Mirzəyeva, həkim-kardioloq Nəsimi Cabbarov, oftalmoloq Aynurə Əliyeva, uşaq nevroloqu Mehriban Məmmədova və tibb bacıları iştirak ediblər.
Mərkəzi Gömrük Hospitalının həkimləri 2№-li ümumi orta internat məktəbin 100-ə yaxın uşaq kardioloji, oftalmoloji, travmatoloji, terapevtik və nervoloji müayinə ediblər, məsləhətlərini veriblər və hər birinə kitab hədiyyə ediblər. Qeyd edək ki, bu məlumat yalnız Mərkəzi Gömrük Hospitalının facebook sosial şəbəkəsi və internet səhifəsi üçündür.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

