Tibb xidməti mayoru: "İlan sancmalarından sonra uzun müddət fəsadlar görə bilirik"
31.05.2022 16:15
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., Azərbaycan Toksikoloqlar Dərnəyinin sədri, tibb xidməti mayoru, dosent İsmayıl Əfəndiyev Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyinin bir qrup əməkdaşları üçün “İlan və digər heyvanların zəhəri ilə intoksikasiyalar” mövzusunda keçirilən seminarda çıxış edib.
Aztibb.az xəbər verir ki, İsmayıl Əfəndiyev çıxışında bildirib ki, dünyada olduğu kimi, Azərbaycanda da yay mövsümünün gəlişi ilə əlaqədar ilan və əqrəblərin fəallaşması baş verir. Dünyada hər il tək ilan sancmalara 2,5 milyondan artıq insan intoksikasiya olur. Azərbaycanda isə hər il 100-dən çox ilan sancmaları ilə zəhərlənmələr müşahidə olunur. Bu müraciətlərə əsasən aprelin əvvəlindən noyabr ayına kimi rast gəlinir.
Əgər ilan sancmasıdırsa 2 nöqtəvari yer olur. Həmin an həkimə müraciət edilməlidir. Çünki zaman çox böyük rol oynayır. Zəhərli hörümçəklər balaca olduğuna görə insan çox bu sancmaları dərhal hiss etmir. Bir müddət sonra bədəndə şiddətli ağrılar, əzələ gərginliyi, titrəmə baş verir. Ölkəmizdə olan əqrəblərin zəhəri nisbətən azdı. Sancmalar zamanı nahiyədə böyük şişlər müşahidə olunur.
İsmayıl Əfəndiyev ilan sancması zamanı ilkin tibbi yardım zamanı nələr etmək lazım olduğuna diqqət çəkib:
“İlk növbədə qorxmaq lazım deyil. İlan sancmadan sonra 12 saat ərzində həkimə çatıb, həkim təyinatı ilə zərdab vurulmalıdır. Zərdab yalnız həkim nəzarətində və təyinatında vurulmalıdır. Çünki bu zərdab at qanından alınan immunoloji preparatdı və bir çox insanda allergik anafilaktik reaksiya baş verə bilər.
Həmin nahiyəni az hərəkət etdirmək lazımdır. Hərəkət etmək ə zəhərin yayılmasına səbəb olur. İlkin mərhələdə ilan zəhəri bədənə qanla deyil limfatik yollarla yayılır. Bu səbəbdən qan damarlarını sıxmaq olmaz. Nahiyəyə soyuq, sıxmayan sarğı qoymaq, 2 yaxın oynağın hərəkətini azaldaraq həkimə müraciət etmək lazımdır. Ev şəraitində ağrıkəsici və antihistamin preparatlar qəbul etmək olar”.
Qeyd edək ki, ilan sancmalarından sonra uzun müddət fəsadlar görə bilirik. Bunun əsas səbəblərdən biri də zəhər limfatik yolla yayıldığı üçün bədən limfatik damarlar zədələnir və həmin nahiyədə şişkinlik olur. Bəzən bu hal uzun illər davam edir. Həmin nahiyəni sıxmaq sağalmanı çox gecikdirir. Ayağın şişməsi, müxtəlif damar problemləri, tromblaşma hətta amputasiyaya qədər gətirib çıxara bilir. Bir daha tövsiyə edirik ki, belə hallarda həkimə zamanında müraciət etmək vacibdir. Tədbirin sonunda Dr.İsmayıl Əfəndiyev iştirakçıların çoxsaylı suallarını cavablandırıb. Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

