Agentliyin təşəbbüsü ilə uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
31.05.2022 13:29

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşəbbüsü ilə Bakı şəhərindəki uşaq sığınacaqlarında məskunlaşan uşaqlar üçün ixtisaslı həkim müayinələri təşkil olunub.

 

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tibbi müayinə 4 uşaq sığınacağı və 1 uşaq reabilitasiya mərkəzində 19-24 may tarixlərində keçirilib. Tibbi müayinələrin keçirilməsində əsas məqsəd valideyn himayəsindən məhrum olmuş xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlamlığı ilə bağlı problemləri erkən aşkarlamaq və ağırlaşmaların qarşısını vaxtında almaqdır.

 

İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi müayinələrə 1-18 yaş qruplarında olan uşaq və yeniyetmələr, həmçinin uşaq sığınacaqlarında  məskunlaşan qadınlar cəlb olunub. 6 gün davam edən aksiyada 10 nəfəri qadın olmaqla ümumilikdə 168 nəfər iştirak edib. Onlara akademik C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutu və 8 nömrəli Uşaq Poliklinikasının pediatr, terapevt, nevroloq, oftalmoloq, kardioloq, ümumi cərrah, otolarinqoloq və endokrinoloqdan ibarət həkim heyəti tərəfindən müayinə edilib.

 

Uşaqların sağlamlığının ümumi vəziyyətini dəyərləndirilməsi üçün laborator analizlər də keçirilib. Belə ki, qanın ümumi və biokimyəvi göstəricilərini, qalxanabənzər vəzinin hormonlarının, D və B12 vitaminlərinin səviyyələrini müəyyən etmək üçün qan nümunələri götürülərək laborator müayinəyə göndərilib. Müayinələr nəticəsində uşaqların 90%-də vitamin D çatışmazlığı  aşkar olunub, bir neçə nəfərdə isə qalxanabənzər vəzinin hormonlarının səviyyəsi normadan artıq çıxıb. Analizlərin nəticələrinə uyğun olaraq həkim pediatrlar tərəfindən müalicə üçün təyinat verilib.

 

Sığınacaqlarda portativ müayinə cihazları vasitəsilə ultrasəs müayinə (USM) və exokardioqrafiya (EXO) funksional-instrumental müayinələr də aparılıb. Müayinə nəticələrinə əsasən 1 uşaqda anadangəlmə ürək qüsuru, 2 uşaqda splenomeqaliya (dalağın çəkisinin və ölçülərinin böyüməsi),  1 yeniyetmədə qoltuqaltı furunkul (irinli-nekrotik iltihab) və 1 qadında xroniki kalkulyoz xolesistit (öd daşı xəstəliyi) aşkarlanıb.  Biri ürək əməliyyatı olmaqla 4 nəfərdə cərrahi əməliyyatın aparılmasına qərar verilib.

 

Ümumi cərrahın göstərişi əsasında 15 uşağın onurğa sütununun rentgenoqrafiyası aparılıb, müalicə məqsədi ilə təyin olunan dərman preparatları Agentlik tərəfindən sığınacağa təhvil verilib. Bundan əlavə 22 nəfər oftalmoloji, 4 nəfər nevroloji və 3 nəfər endokrinoloji stasionar müayinələrə cəlb olunub və onlar zəruri dərman preparatları ilə təmin olunublar. Ehtiyacı olan uşaqlara göz eynəkləri verilib. 1 nəfərdə qoturluq dəri xəstəliyi aşkarlanıb və o müalicə üçün Uşaq Dəri Zöhrəvi Dispanserinə yerləşdirilib.

 

Qeyd edək ki, sığınacaqdakı uşaqlar zəruri dərman preparatları və optik eynəklərlə ödənişsiz təmin olunublar.  

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub