Mayın 31-i Ümumdünya Tütünlə Mübarizə Günüdür  
31.05.2022 10:28

Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 1988-ci ildən etibarən hər il mayın 31-i Ümumdünya Tütünlə Mübarizə Günü kimi qeyd edilir.

 

Aztibb.az xəbər verir ki, həmin gün 1988-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının Assambleyasının 42-ci sessiyasında təsis olunub. Həmin günün qeyd olunması diqqəti tütündən istifadənin sağlamlıq üçün yaratdığı təhlükələrə yönəldir və dövlətləri tütün istehlakının miqyasının azaldılması üzrə effektiv siyasət aparmağa çağırır.

 

Statistikaya görə, hər il dünyada təxminən 8 milyon nəfər “tütün epidemiyası”nın qurbanı olur. Onların 800 min nəfərindən çoxu passiv siqaret istifadəçiləridir. Onu da qeyd etməyə dəyər ki, siqaret çəkənlərin yarısı 70 yaşına çatmadan vəfat edir. Tütündən istifadə edilməsi ölümə aparan ən mühüm səbəblərdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, tütündən istifadə hazırda dünyada hər on nəfərdən birinin həyatına son qoyur. Bundan başqa, tütünçəkmənin təsiri nəticəsində 25-dən çox xəstəlik, o cümlədən ürək-damar, ağciyər və onkoloji xəstəliklər daha da ağırlaşır.

 

Aparılan sorğular nəticəsində məlum olub ki, tütündən istifadə edənlərin üçdə ikisi siqaretin zərərlərindən xəbərsizdir. Siqaretin tərkibində olan nikotin zəif narkotik maddə sayılır və asılılıq yaradır. Hazırda bu asılılığın müxtəlif üsullarla müalicəsi var və hər bir yaşda ondan imtina etmək mümkündür.

 

2017-ci il dekabrın 1-də ölkəmizdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun qəbul edilməsi və son illər onun icrası sahəsində görülən ardıcıl tədbirlər əhalinin sağlamlığının qorunması istiqamətində çox mühüm addımdır. Ona görə də ölkəmizdə tütündən istifadə edənlərin sayı ildən-ilə azalmağa doğru gedir.

ÇOX OXUNANLAR
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edir
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Mərkəzi Gömrük Hospitalının terapevti Mədəniyyət TV-nin “Səhərçağı” proqramına müsahibə verib
Xəstəxanadaxili infeksiyaların qarşısının alınması səhiyyə xidmətinin keyfiyyətinin əsas prioritetlərindən biridir
Ağdərə rayonu Vəngli kəndində yaşayan sakinlərin səyyar tibbi aksiyası həyata keçirilib
Xroniki bel ağrılarında müasir fizioterapiya yanaşmaları
 Goranboy RMX-da könüllü qanvermə aksiyası keçirilib
Mərkəzi Klinikanın əməkdaşlarına Fəxri fərmanlar təqdim olunub
Tədris Cərrahiyyə Klinikasında mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib
Beyləqan RMX-nın tabeliyindəki kənd həkim və kənd tibb məntəqələrinin işçiləri tərəfindən ev ziyarətləri davam etdirilir
 Yüksək riskli hamiləlik uğurla sonlandırıldı